geyimler

Yaşlı qadınların cins şalvar dəbi – FOTOLAR

Baxış sayı: 1. 293

Yaşlı qadınlara cins şalvarın yaraşmadığını düşünürsünüzsə, yanılırsınız. Əslində, cins şalvar möcüzələr yaratmağa qadirdir! O, ayaqları uzun və qamətli göstərir, bədən qüsurlarını məharətlə gizlədir. Bundan başqa, unutmaq lazım deyil ki, cins şalvar çox rahat və universaldır!

Bu yazıda oxucuları yaşlananda da cins şalvardan vaz keçməyən qadınlarla tanış edirik.

50 yaşda cırıq cins şalvar geymək olarmı? Bəs boyfirend cinslər necə? Bu yaşda ağ cins geyinmək doğrudur? Bu barədə heç bir fikir irəli sürməyəcəyik, biz sadəcə qadınları ruhlandıran fotoları toplamışıq.

 

Bir neçə məsləhət

Bədənə çox yapışan cinslər geyinməyin. Qalan bütün cins şalvar fasonlarını: klassikdən tutmuş cırıq versiyasına qədər istənilən modeli cəsarətlə geyinin.

Cins şalvarın qara, qəhvəyi və ya bej baletka ilə uyğunlaşmasına heç vaxt şübhə etməyin. Onlar zərifdir və ayaqları vizual olaraq daha uzun göstərir.

Aksessuarlar isə hər bir obraza bəzək qatacaq. Məsələn, qırmızı çanta ilə ayaqqabının vəhdətinə söz ola bilməz.

50 yaşdan yuxarı qadınlar yun jaket və şərflə də çox nəfis obraz yarada bilər.

Cinslə çox gözəl uzlaşan ağ və qara qısaqol köynəklər, eləcə də saroşkalar yaşından asılı olmayaraq hər bir xanımın qarderobunda olmalıdır.

Əgər qamətli xanımsıznısa, onda cinsləri V yaxalıqlı köynəklə birləşdirin.

 

geyim 3

 

 

geyim 8

geyim 7

geyim 6

geyim 5

 

 

 

 

 

geyim 1

geyim




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir