aile

Yaxşı ata olmaq üçün nə etməli? – DÖRD TÖVSİYƏ

Baxış sayı: 1. 517

Yaxşı ata olmaq heç də asan iş deyil, amma bunu bacarmaq üçün bəzi vacib məqamlar var. Qeyd edəcəyimiz məqamlar ata-övlad münasibətinin yaxşı olması üçün köməkçi olacaq.

İndi isə, görək onlar nələrdir?

  • Ailənizə zaman ayırın

Bir ata olaraq uşaqlarımıza onların bizim üçün dəyərli olduğunu necə göstəririk? Təbii ki, siz onlar üçün çox əziyyət çəkirik, daha yaxşı yaşamaları üçün çalışırıq, bunlar hamısı fədakarlıqdır. Yenə də, onlarla kifayə qədər vaxt keçirə bilmiriksə, elə başa düşəcəklər ki, daha çox işimizə, dostlarımıza vaxt ayırırıq.

Bəs ata övladı ilə zaman keçirməyə nə vaxtdan başlamalıdır? Analar daha uşaq bətndə olarkən, onunla ünsiyyət qurmağa başlayır. Mütəxəssislər qeyd edir ki, analar kimi, atalar da uşaq anadan olmadan onunla ünsiyyət qura bilər. Uşağın ürək döyüntülərini dinləyə bilər, hərəkətlərini hiss edə bilər, onunla danışıb, mahnı oxuya bilər.

  • Yaxşı atalar yaxşı ünsiyyət qurmağı bacarmalıdır

Övladımızla yaxşı ünsiyyət qurmaq istəyirsinizsə, əvvəlcə yaxşı dinləyici olmalısınız. O danışarkən səbrlə dinləməyi bacarmalısınız.  Əgər övladımız tez əsəbləşəcəyimizi və onu mühakimə edəcəyimizi düşünsə, bizimlə söhbət etmək, duyğularını paylaşmaq istəməyəcək. Yox, əgər sakit tərzdə ona qulaq assaq onunla maraqlandığımızı düşünəcək.  Bununla həm də övladımızın bizə olan inamı artacaq.

  • Övladığızı sevgi ilə tərbiyyə edir və onu tərifləyin

Hər kəs bəzi hallarda əsəbi ola və hisslərini cilovlaya bilməyə bilər. Bu zaman diqqət etməli olduğumuz bir məqam var. Hər nə olursa olsun, övladımız onu sevdiyimizi və verdiyimiz məsləhətin onun xeyrinə olduğunu hiss etməlidir. Buna həm tərbiyyə vermək, həm cəza vermək daxildir. Unutmayın, bir ata övladını tez-tez tərifləyərsə, onun verdiyi tərbiyyə daha təsirli olur.Uşaqlar ana-atalarının onlarla qürur duyduğunu hiss elesə və onu dəstəklədiklərini görsə, gördükləri işə daha da həvəslə yanaşarlar

  • Həyat yoldaşınızı sevin və ona hörmət edin

Kişilərin həyat yoldaşı ilə davranış tərzi şübhəsiz ki uşaqlara da təsir edir. Uşaq inkişaf mütəxəssisləri belə bir açıqlama verib: “Bir atanın övladları üçün edə biləcəyi ən yaxşı şeylərdən biri, analarına hörmət etməkdir. Bir- birinə hörmət edən və uşaqlarına bunu göstərə bilən ana atalar övladları üçün etibarllı mühit yatamış olurlar”

Təbii ki ata olmaq yuxarıda qeyd etdiyimiz məqamlara riayyət etməkdən daha artığını tələb edir. Unutmayın, biz  əlimizdən gələn hər şeyi etsək belə, mükəmməl ata ola bilmərik. Lakin bəzi vacib nüanslara diqqət etsək, doğurdan da yaxşı ata ola bilərik.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir