qadin

Yay aylarında qəfil ölümlərin sayı niyə artır?

Baxış sayı: 1. 660
“Yemək yedikdən sonra yıxılıb öldü”, “Gecə yatıb, səhər ayılmadı”… kimi sözləri son vaxtlar tez-tez eşidirik. Son vaxtlar qəfildən dünyasını dəyişənlərin sayı artır. Ölümün harada, necə gələcəyini heç kim bilmir. Xüsusən də yay ayları gələn kimi qəfil ölümlərin sayı birə beş qat artır. Heç bir xəstəliyi olmayan şəxsin qəfil dünyasını dəyişməsi bir tərəfdən insanları qorxudur, digər tərəfdən isə bunun səbəbləri onların maraq dairəsində olur.
Qəfil ölüm səbəblərindən biri də daha çox ürək fəaliyyətinin anidən dayanması göstərilir ki, bunun da səbəbləri tam araşdırılmayıb. Ümumiyyətlə isti havada, ürəyin nizamsız atması, boğulma hissi , nəfəs darlığı kimi əlamətlər müşahidə edilir. Həkimlər bu cür isti havalarda çölə çıxmamağı məsləhət görür. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, müxtəlif ölkələrdə qəfil ölüm halları əhalinin hər 100.000 nəfərindən təxminən 150 nəfərdə rast gəlinir. ABŞ-da il ərzində qəfil ürək ölümü ilə bağlı 250 min hal qeydə alınır. Azərbaycanda hər 100 min nəfərə düşən qəfil ölümlərin sayı orta hesabla 140-dır. Ümumilikdə MDB ölkələrində qəfil ölümlərin səviyyəsi Avropa dövlətlərindəki analoji göstəricidən iki dəfə çoxdur. Azərbaycanda proqnozlaşdırılan orta ömür həddi 73 ildir, Avropada bu rəqəm 76 il təşkil edir. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Avropada səhiyyənin vəziyyətinə dair yeni hesabatında bildirilir. Bu tip hesabatlar üç ildən bir hazırlanır, araşdırmalar 53 üç dövlətdə yaşayan təxminən 900 milyon nəfəri əhatə edir. Son illərdə Azərbaycan daxil olmaqla, MDB ölkələrində ürək-damar xəstəlikləri 10-15 il cavanlaşıb. Bu xəstəliklərə tutulma hallarının baş verməsində bir sıra faktorlar, o cümlədən həyat tərzinin, ekologiyanın pozulması, əsəb gərginliyi mühüm rol oynayır. Xoruldayan insanlarda da qəfil ölüm riski çox yüksək olur. Çünki belə insanlar xoruldayarkən ani olaraq nəfəsin dayanması baş verir. Ona görə bu, çox ciddi problem hesab edilir, onun müalicəsi də olduqca zəruri sayılır. Ürək fəaliyyətinin dayanması bəzən xoruldayan, aritmiyaya (ürək ritminin pozulması) meylli şəxslərdə yuxu zamanı baş verir. Mütəxəssislər qəfil ölümə səbəb olan amillərdən birinin də beyinə qan sızma nəticəsində baş verdiyini deyir. Beyinə qansızmalar əsasən səhərə yaxın – saat 5-də, 6-da baş verir.
O zaman da qanda bəzi hormonlar artır, qan təzyiqi 200-220-yə qədər yüksəlir.
Tibb elmləri doktoru, professor Adil Qeybulla bildirdi ki,  qəfil ölümlərdən biri ürək fəaliyyətinin dayanmasıdır ki, onun da səbəbi hələ ki bəlli deyil: “Qəfil ölümün də səbəb olur. Qəflətən baş verən ölüm ürək, tənəffüs fəaliyyətinin dayanması və yaxud da beyində ürək damar fəaliyyətini təmin edən mərkəzlərin iflici nəticəsində baş verə bilər. Trombimariyadan, infarktdan, insultdan və ürəyin qəflətən dayanması deyilən haldan baş verə bilər. Ürəyin qəflətən dayanması deyilən hadisə var ki, onun səbəbi tam araşdırılmayıb. Amma heç nə səbəbsiz deyil. Bu vəziyyətə gətirib çıxaran faktorlar var. Xəstələrin ürəkləri birdən-birə isti şəraitdə infarkt ola bilər. Bütün qəfil ölümlər məhkəmə tibbi ekspertizasının predmetidir. Yəni meyitlər mütləq təşviq edilməli və onlara dəqiq diaqnoz qoyulmalıdır. Çünki qəfləti ölümlərdə qəsd də ola bilər. İkinci tərəfdən, bu proseslər araşdırılaraq ümumi bir statistika çıxarmaq olar ki, Azərbaycanda qəfləti ölümlərin əsasında nə dayanır. Yəqin ki, müəyyən idarələrdə, Səhiyyə Nazirliyində bununla bağlı müəyyən araşdırmalar aparılır. Amma hər halda rəsmi bir açıqlama olmadığı üçün bir söz demək çətindir”.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir