limon

Yay mövsümündən sonra sağlam menyuya necə keçməli?

Baxış sayı: 177

Mövsüm sonları adətən çoxları kədərlənir. Ən pis halda insanların bir hissəsi payız mövsümündə depressiyadan əziyyət çəkməyə başlayır. Odur ki, biz oxucuları yeni mövsümə əvvəlcədən hazırlamağa qərar verdik. Bu məsələdə qidalanma rasionun rolu böyükdür. Balanslaşdırılmış qidalanma nəinki gözəl bədən quruluşu, eyni zamanda enerji və gözəl əlhal-ruhiyyə vəd edir.

“Gencaile.az” “Publika.az”-a istinadən yaydan payıza keçid zamanı düzgün qidalanma ilə bağlı faydalı məlumatları təqdim edir.

Bəhanələrlə vidalaşırıq

“Bir dilim qarpız”, “Bir qədər dondurma” və s. bu kimi arzularınızla vidalaşın. Orqanizmi nəzarət altına almaq və onu sağlam balanslaşdırılmış rasiona öyrətmək vaxtı yetişib. Şəkərin səviyyəsini azaldır, menyuya tərəvəz və qoz daxil edir və yağlı xörəklərdən uzaq dururuq.

Gündəlik qidalanma planı qurun

Düzgün qidalanma rejimini maraqlı məşğuliyyətə çevirin. Faydalı məhsullardan da dadlı menyu təşkil edə bilərsiniz. Xoşbəxtlikdən, internetdə bu barədə çoxlusayda ideyalar təqdim olunub. Planlar tərtib edin, qeyri-adi reseptlər tapın və özünüz üçün fərqli yeməklər hazırlayın.

Lazımlı olduğunu unutmayın

Yüngül yemək həzmi yaxşılaşdırmağa kömək edir, konsentrasiyanı, yuxunun keyfiyyətini və diqqəti artırır, orqanizmdə iltihabların sayını azaldır, müsbət əhval-ruhiyyə və güc verir. Ümumiyyətlə, sizi gərginlikdən xilas edir. Məgər bunlar möhtəşəm deyil?

Cibinizə qənaət etməyi öyrənin

Sağlam qidalanmanın böyük maliyyə xərcləri tələb etdiyi deyilir. Əslində, düzgün qidalanma ən sadə inqrediyentlərdən ibarətdir: Tərəvəzlər, yarmalar, zülallar, qoz. Halbuki, adi rasiona desertlər, yarımfabrikatlar və orqanizm üçün zərərli olan bir çox digər qidalar daxildir.

Sonrakı peşmançılıq fayda etməz

Pis vərdişlərdən karusellər yaratmaq əvəzinə fəaliyyətə indidən başlamaq lazımdır. Yayın sonu öz həyatını yaxşılığa doğru dəyişmək və növbəti mövsümü çox gözəl əhvalda keçirmək üçün ideal zamandır.

 

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir