s

Yay vaxtına keçid zamanı orqanizmimizdə yaşanacaq problemlər və onları həll etmənin yolları

Baxış sayı: 1. 399
Yay vaxtına keçidlə bağlı olaraq insan orqanizminin bioritmi pozulur və bu, səhhətimizə neqativ təsir göstərir. Mütəxəssislərə görə, bunun dərmanı səhərlər qaçış və axşamlar ilıq süd içməkdir.
Türkiyənin “Sabah” qəzetində martın 29-da baş verəcək yay vaxtına keçiddən insan orqanizminin görəcəyi zərərləri dəf etmənin  yolları ilə bağlı ilginc dosye hazırlanıb. Məlum olub ki, yay saatına keçidin insan orqanizmində yaratdığı sistemsizlik, disharmoniya 48 saatdan 2 həftəyə qədər davam edə bilər.
İnsan sutkanın orta hesabla, 8 saatını yuxuda, 16 saatını isə oyanıq keçirir. Yuxu zamanı əzələlərin hərəkəti dayanır, maddələr mübadiləsi, tənəffüs, ürək ritmi və qan təzyiqi enir, həzm sisteminin fəaliyyəti isə sürətlənir. Yuxudaykən bədənimizin temperaturu 1 dərəcə soyuyur. Oyandıqda isə fiziki və zehni funksiyalar çox sürətlə çalışır. Oyanma anından 1-2 saat əvvəl adrenalin səviyyəsi artaraq, bədəni normal iş prosesinə hazırlayır.
Saatların irəli çəkilməsi ilk günlərdə yuxusuzluq, diqqətsizik, beynin tam oyanmaması kimi hallara səbəb olduğu üçün iş zamanı xoşagəlməz hallar müşahidə olunur.
Araşdırmalar yay vaxtına keçid zamanı iş və yol qəzalarının sayının daha çox olduğunu ortaya çıxarıb. Saatların irəli çəkilməsinin səbəb olduğu yuxusuzluq ən çox ürəyə ziyan vurur. Yuxusuzluq ürək ritmini pozur.
Türkiyəli həkim Murad  Berksoy bildirib ki, bioritmimizin pozulması sinir sisteminin fəaliyyətinə birbaşa təsir göstərir. Bu da yaddaşın zəifləməsi, depressiya, şəkər yüksəlişi və hətta infarkta səbəb olur. Beynəlxalq bir araşdırmaya görə, bu dönəmdə infarkt keçirmə riski 4-5 dəfə artır. Saatın çəkilişinin təsiri bir-iki həftə davam edə bilir. Ona görə də həkim gecə yatmazdan əvvəl saatı 15-20 dəqiqə geri çəkməyi tövsiyə edir. Ya da günə 15 dəqiqə daha tez başlamağı. Bundan başqa, həftədə 3-4 gün tezdən qalxıb, yürüş etmək lazımdır. Yatmazdan əvvəl isə mütləq bir bardaq süd içmək lazımdır. Gec saatlarda idman hərəkətlərindən uzaq dayanmaq lazımdır.
Bir şeyi də unutmayaq ki, qalıcı olmamaqla yanaşı, yay və qış saatına keçid zamanı beyin qarışılığı, eyni zamanda  halsızlıq, adaptasiya problemləri də yaranır. Həkimlər bu təsirin 24-48 saat ərzində düzəldiyini bildirir. Ona görə də bioloji saatımız özünü sistemə salana qədər bir az erkən yatmaqda fayda var. Hovuzda üzmək, ya da dəniz kənarında gəzintiyə çıxmaq, nəfəs çalışmaları çox fayda verəcək. Sağlıqlı və məntiqli qidalanmaq da faydalı ola bilər. Ən maraqlı detal isə bu ərəfələrdə insanlarda yaranan emosional partlayışlardır. Belə ki, əsəb, üzüntü, utanma, günahkarlıq, qısqanclıq, ağrı kimi hisslər bu günlərdə pik həddə çatır. Onların yaratdığı enerjini boşaltmaq üçün həkimlər duyğuları yazaraq ifadə etməyi məsləhət görür. Ya da nəfəs çalışmaları etmək, təbiətdə bol-bol vaxt keçirmək bu çətin günlərdən “zərərsiz” çıxmağa yardım edə bilər.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir