Saclar

Yayda hansı formada olan saçlar dəbdə olacaq?

Baxış sayı: 926

Saçlar orqanizmin ayrılmaz hissəsidir. Adətən yay fəslində saçların istirahətə ehtiyacı olur. Buna görə də saçlar kəsdirilir və müxtəlif qulluq vasitələri ilə bərpa edilir. Dəblə ayaqlaşanlar isə saçlarını dəbli kəsdirməklə də istirahətini təmin edə bilərlər. “Gencaile.az” Aile.lent.az-a istinadən 2016-cı ilin yay saç kəsimləri trendini təqdim edir. Bu yaya stilinizlə damğa vurmaq istəyirsinizsə, tərzli qadınların favorit saç düzümlərinə biganə qalmayın.

Küt

Müasir və baxımlı qadınlara ən çox yaraşan saç kəsimlərindən biri küt seqmentdir. Bu aralar olduqca dəb olan küt saç kəsimi ilə yay stilinə damğa vura bilərsiniz. Lakin küt saçları üz şəklinə görə ayırmağa diqqət etmək lazımdır.

Kəkilli

Kəkilli saçlar hər mövsüm dəb olub. Ancaq bu yayın bogema modasını taclandırmaq üçün kəkilli modellər möhtəşəm bir seçimdir. Uzun kəkilləri düzləşdirib saçın qalan hissəsinin təbii dalğalı qalması sizi daha şıltaq göstərəcək.

Su dalğaları

Su dalğaları modeli bu mövsüm Hollivud məşhurları arasında ən trend saç seqmentidir. Mərtəbəli, ya da küt saç kəsimlərindən istifadə edərək, su dalğaları modelini istədiyiniz kimi ayıra bilərsiniz.

Asimmetrik

Cürətli qadınların ən sevdiyi modellərdən biri də asimmetrik saç seqmentləridir. Lakin uzun arxalı, qısa modellər bir az darıxdırıcı olmağa başlayıb. Buna görə də bir az cəsarət göstərib bərbərə qayçını azad istifadə etməsini təklif edin. Boyun və ya qulaq arxasını sıfırdan vurmağı da düşünə bilərsiniz.

Mərtəbəli

Saçlarını uzun saxlamaq istəyənlər bu yayın bogema trendlərinə müraciət etsinlər. Buna görə müəyyən naməlum qatlarla saçlarının daha modaya uyğun görünməsini təmin edə bilərlər. Bu saç seqmentini seçim edənlərsə, ombre və ya kölgəli saç rəngləri, qum dalğaları və hörük modellərlə diqqətləri üzərinə çəkə bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir