toy

Yayda toy etmək üçün 7 səbəb

Baxış sayı: 1. 542

1. Toya gəlib çıxmaq asan olur

Hava şəraiti və ya ya gərgin iş qrafiki toya gəlmək istəyənlərə çətinlik törətmir. Qonaqlarınız sizin toyu öz tətillərinin bir hissəsinə çevirə bilər. Belədə heç kəsin toyu qaçırtmaq üçün bəhanəsi olmaz.

Image result for toy karvanı

 

2  Açıq havda toy etmək imkanı

Al-əlvan çiçəklər ilə bəzənmış toy arkası, açıq havada canlı müsiqi, dənizə baxan mənzərələr, yüngül makiaj  və s.

 

3. Şəkillər daha gözəl alınır

Yayda arzuladığınız foto sessiyanı etmək üçün daha gözəl imkanlar olur, istədiyiniz geyimlərdə, təbiət qoynundan, dəniz kənarında üşümədən, qürub və ya sübh vaxtlarında rahat şəkil çəkdirmək ə əlavan fonlar.

 

4. Menyuda təzə meyvələr və tərəvəzlər

Yay menyusu bol meyvəli və tərəvəzli olur, süfrənizi gözəl rəngləri olan ərik, şəftəli, zoğal, üzüm, alma, həmçinin qarpız-yemiş bəzəyir. Meyvələri almaq da ucuz başa gəlir.

 

5. Güllər daha ucuz başa gəlir

Yayda əlvan gül çələngləri hazırlamaq daha asan olur. Axı yay elə gül-çiçəyin əsas mövsümüdür, soyuq aylarda isə onların qiyməti yüksəlir. Gəlinin gül çələnginə əsasən yay aylarında olan çiçəkləri daxil edin. Onlar ənənəvi qızılgül buketlərindən daha maraqlı görünəcək. Ya da məhz yayda olan fərqli rəngli təbii qızılgüllərə  üstünlük verin.

 

6. Yayda bal ayı üçün səyahət imkanları daha çoxdur

İsti havalarda səyahət etmək qızılı qumda gəzib, mavi dəniz fonlarında şəkil çəkdirmək daha gözəldir. Həm səyahət üçün Türkiyənin çimərliklərini və ya Aralıq dənizi sahili ölələrini seçmək olar. Rusiya da yay ayında səyahət edə biləciyiniz istiqamətdir, Sankt-Peterburq dünyanın ən romantik şəhərlərindən biridir.

 

7. Tematik toy

Müxtəlif tematikada toy – yayda tematik toy imkanları da genişdir. İsti havada, Yunan və ya Braziliya üslubunda toy və geyimlər seçmək olar. Həmçinin siz müxtəlif dövrü və ya ölkəni seçə bilərsiniz. Məsələn Misir şəhzadələri üslubunda geyinmək və ya Disney qəhrəmanları canlandırmaq olar.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir