Geyim

Yayın vazkeçilməz dəbi – FOTOLAR

Baxış sayı: 1. 043

Açıq rəngli yüngül material və rahatlıq yayın istisində lazım olan ən vacib geyimdir. Təsadüfi deyil ki, güclü istilərdə evdən yalnız ən yüngül paltarları geyinib çıxmaq istəyirik. 2019-cu ilin yayında köməyə əbədi tətil klassikası gəlir – qolsuz boş kətan kombinezonlar. 19-cu əsrdə işçi və hərbi forma sayılan bu geyim 1920-ci illərdə Qabriel Şanelin Fransanın Riviera şəhərində vaxt keçirməsi üçün kostyum növlərini sınaqdan keçirməyə başlaması ilə qadın qarderobuna yol tapdı. Daha sonra onun təcrübəsini Elza Skiaparelli ipək kombinezon yaradaraq təkrar etdi. Yüzlərlə dizaynerin ən müxtəlif təcrübələrindən sonra bu gün sadə klassik kətan kombinezonlara qayıtmaq aktualdır.

 

Pastel rəngli kətan kombinezonlar böyük düymələri və zolaqlarla bəzədilə bilər, beli vurğulayan kəmərli model və ya əksinə mümkün qədər sərbəst fasonlar seçə bilərsiniz. Bu obrazı ən incə bantlı bosonojkalar və kontrast çanta ilə tamamlayın. Kətan hər şeyi tarazlayacaq və harmoniyaya aparacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir