Yaz 2016: kişi dəbində 5 trend

Baxış sayı: 1. 718

2016 kişi yaz dəbi cəsarətli və rəngarəngdir. 50-ci illərin modelləri, 70-ci illərin printləri, 90-cı illərin trendləri.

Print

Parlaq və aktiv print – bu mövsümün əsasıdır. Ən yayılmış printlər – həndəsi fiqurlar və güllər. Güllər artıq nəinki t-shirtlərdə, həmçinin gödəkçə, pəncək və şalvarlarda da rast gəlinir.

Bol geyimlər

Skinny və Slim əsri sona çatır. Artıq bol pəncəklər, geniş şalvarlar dəbdədir. Bol geyim mövsümün əsas trendidir.

Bomberlar (bol manjetli gödəkçələr)

Bu gödəkçələr 50-ci ilin dəbidir. Onlar müasir dövrdə daha səviyyəli görsənirlər. Dizaynerlər belə gödəkçələri idman dəbi ilə yanaşı, klassik şalvarlarla da geyinməyi məsləhət görürlər.

Papaq

Mövsümün favoriti klassik papaqlardır. Artıq beysbolkalar dəbdə deyillər.

Kombinezon

Mövsümün digər favoriti kombinezonlardır. Onlar yavaş yavaş populyarlıq qazanırlar. Hələki hamı kombinezona keçməyib sizin fərqlənmək üçün fürsətiniz var.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir