allergiya

Yaz allergiyasının səbəbləri: Qarşısını necə alaq?

Baxış sayı: 647

Yaz fəslində bir çox mövsümi xəstəliklər – burun axması, qaşınma, göz yaşarması və dəri qıcıqlanmaları baş qaldırır. Bəzi ağacların  tozlanması allergiyaya meyilli olanlarda narahatlıq yaradır. Məsələn, fındıq, qızılağac, küknar, tozağacı və bəzən az da olsa tut və çinar ağaclarının tozcuqları havaya daxil olaraq həssas insanlarda allergiya əlamətlərinin baş qaldırmasına səbəb olur.

Yaxşı, yaz allergiyasının qarşısını almaq üçün nə etmək olar? Nələri bilməliyik?

Lent.az Türkiyə mətbuatına istinadən məlumat verir ki, yaz allergiyasının bir sıra əlamətləri olur. Yaz aylarında astma əlamətləri kimi tez-tez soyuqdəymə, burun tıxanması, asqırma burun, qulaq və damaq qaşınması, tez-tez burun qanaması, sulu gözlər, tez-tez öskürək, nəfəs darlığı allergiya simptomlarıdır.

 

 

Yaz allergiyası genetikdirmi?

Araşdırmalara görə, valideynləri allergik olan uşaqlarda allergiya ehtimalı 30, hər iki valideyninin də allergiyası olan uşaqlarda 60 faizdir. Uşaqlarda yaz allergiyasını təyin etmək bir az vaxt tələb edir. 2 yaşınadək uşaqlara diaqnoz qoymaq səhv ola biləcəyi üçün onun ən azı iki yaz mövsümü keçirməsi tövsiyə olunur.

Yaz allergiyasına nələr yaxşı təsir edər?

Bahar allergiyasını müalicə etmək üçün burun açma üsullarından tez-tez istifadə edilir. Amma mütəxəssislər bildirir ki, buruna sirkəli su çəkmək doğru deyil. Əksinə, sirkə suyu asidik olduğundan burun mukozasına ziyan vurur. Burunu yumaq üçün 1 stəkan suya 1 çay qaşığı duz, 1 çay qaşığı soda əlavə edib bu qarışığı burnunuza çəkərək təmizləyə bilərsiniz.

 

Yaz allergiyası necə keçər?

Allergiyaların müalicəsində istifadə olunan və əlamətləri ortadan qaldıraraq həyat keyfiyyətini artıran dərmanlar, xəstənin klinik əlamətlərinin şiddətinə və tezliyinə görə müəyyən edilir. Buna görə bəzən həkimlər burun spreyləri də tövsiyə edir.

Uzun müddət davam edən burun axması və öskürəyin də allergiyanın xəbərçisi olduğunu vurğulamalıyıq. İnsanların bəziləri tez-tez xəstələndiklərini və antibiotik qəbul etdiklərinə baxmayaraq sağala bilmədiklərini söyləyirlər. Bu vəziyyətdə iki şeyin ağla gəlməsi lazımdır: immun çatışmazlığı və ya allergik bir problem. Bu şikayətlər tez-tez olursa, allergiya araşdırılmalıdır . İnfeksion xəstəliklər sağlam insanlarda 10 günə qədər davam edir və müalicədən sonra sağalır, ancaq allergiya belə deyil.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir