Depressiya

Yaz depressiyasından necə xilas olmalı? – EKSPERT RƏYLƏRİ

Baxış sayı: 589

Mövsümi depressiyalar arasında payız və yaz depressiyaları xüsusi yer tutur. Mütəxəssislər deyir ki,  payız və yaz depressiyasının fərqi ondadır ki, payız zamanı insanda daha çox yorulma, zövq almamaq, istəksizlik halları müşahidə olunsa da, yaz depressiyası zamanı əsəbilik, tez qıcıqlanma, aqressivlik, işə getməkdən imtina kimi əlamətlər qeyd olunur. Məsələ burasındadır ki, yazın gəlişi, havaların isinməsi, günlərin uzanması, səmada günəşin tez-tez görünməsi xoş duyğular yaradır. Lakin yazın gəlişi heç də hamıya xoş əhval-ruhiyyə bəxş etmir. Bayırda xoş hava olduğu bir vaxtda yatmaq, yataqdan çıxmamaq, hətta qolunu belə qaldırmaq istəməyənlər də olur. Hər il bu mövsümdə başlayan və eyni zamanda yaşanan hiss yaz depressiyası adlanır.

Bəs görəsən, yaz depressiyasından necə xilas olmaq olar? Məsələylə bağlı daha dəqiq nəticəyə gəlmək üçün mütəxəssislərə müraciət etdik.

Nermine Abbasova

Mövzuyala bağlı saytımıza danışan Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının təsisçisi və baş həkimi, həkim-terapevt, ailə həkimi Nərminə Abbasova bildirir ki, yaz depressiyası zamanı orqanizmdə xoşbəxtlik hormonu olan serotonin və defominin miqdarı aşağı düşür. Bəzi qidaları menyuda artıraraq serotonin və defominin miqdarını artırmaq olar. Xüsusən tərkibində B6 vitamini olan, eləcə də Omeqa-3 tərkibli qidalar, balıq və balıq yağı, yumurta, eyni zamanda daha çox şokoladla qidalanmaqla serotonin və defominin artırılması hesabına daha çox xoşbəxt hesab etməyə səbəb olur.

Nərminə Abbasova vəziyyətdən çıxış yolunu belə göstərdi: “Fəsil dəyişkənliyinə daha rahat uyğunlaşmaq üçün təmiz havada çox gəzmək, idmanla məşğul olmaq məsləhət görülür. Yuxudan erkən oyanmaq, idmanla məşğul olmaq, açıq havada gəzmək, ətrafdakılarla, tanışlarla daha çox ünsiyyətdə olmaq lazımdır. Günəşli havada təbiət qoynunda olmaq, çiçəklərin ətrini hiss etmək ən yaxşı terapiya sayılır. Şopinq terapiya bu sahədə yaxşı vasitədir. Yuxu saatlarını da qaydaya salmaq lazımdır. Havadan aktiv şəkildə vitaminin alınması məsləhətdir. Əlvan rəngli geyimlərdən çox istifadə etmək də faydalıdır”.

jale Mirsaab

“Gencaile.az” saytına açıqlama verən Medical House Reabilitasiya mərkəzinin təsisçisi, Psixologiya Departamentinin rəhbəri, psixoloq Jalə Mirsaab deyir ki, fəsil depressiyasına daha çox havaların isinməsi ilə əlaqədar olaraq yazın əvvəllərində, xüsusən apreldə təsadüf olunur. Depressiya əhvali-ruhiyyədə mənfi istiqamətdə bəzi dəyişikliklərin baş verməsidir. Xroniki ürək-damar və tənəffüs sistemləri xəstəliyi olanlar həmin depressiyalara daha tez məruz qalırlar. Fəsil depressiyası diaqnozu o vaxt qoyulur ki, yorğunluq, həmişə yuxulu olmaq, qidalanmanın zəifləməsi kimi əlamətlər minimum iki-üç il dalbadal özünü büruzə verir. Fəsil depressiyaları yaranmasının əsas səbəbi günəş işığının çatışmazlığı hesab edilir. Depressiya orqanizmdə sutkalıq ritmlərdə dəyişikliklərin yaranmasına, bir sıra hormonların, xüsusilə melatonin sintezinin pozulmasına səbəb olur.

Depressiyaya problemindən çıxış yolunu da göstərən mütəxəssis aşağıdakıları qeyd etdi: “Depressiyaya düşən insan şən musiqilər dinləməlidir, təbiət qoynunda olmalıdır, açıq havada olmalıdır, dostları ilə yeni məkanlarda zaman keçirməlidir, idmanla məşğul olmalıdır, sosiallaşmalıdır.”

 

Hazırladı: MƏTİN




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir