Zumrud Haqverdiyeva

Yaz depressiyasıyla necə mübarizə aparmalı? – “SEANS VAXTI”

Baxış sayı: 449

Yaz ayların da təbiət də canlanma baş verir. Sanki həyat yenidən başlayır. Bəs yaz aylarında insanlarda necə dəyişikliklər olur?

Əksər kütləyə baxsaq, yazın gəlişini həvəslə gözləyirmişlər. Qışın süst halından çıxıb da, təbiət qoynunda olmağa daha çox üstünlük verirlər. Bununla yanaşı bir digər kütlədə isə narahalıqlar baş qaldırır. Əhvalları tez-tez dəyişir, yuxulu, özlərini əzgin hiss edirlər. Daha çox evdə olmağa üstünlük verirlər. Çöldə olan bu canlanma onlar üçün sanki bir boşluq, bir ağırlıqdır. Bəs bu necə bir haldır?

Buna yaz depresiyası deyilir. Buna səbəb hansı psixoloji amillər var?

Bəzi insanlar var ki, onlar yaz aylarında depresiyaya düşürlər. Bir sıra  fikirlərə görə bəzi insanlarda bu ayda beyində serotonin miqdarının aşağı enməsinə görə baş verir. Bəzilərində isə əksinə, daha da artır və bu hal baş vermir.

Buna səbəb digər psixoloji amil isə adaptasiya qabiliyyətində problem olmasıdır. Təbiət də yeni dövr kimi qiymətləndirilən yaz aylarında bəzi insanlar düşünür ki onlar bu dövrə adaptasiya ola bilməyəcəklər. Xüsusilə fəsil dəyişkənliyi ilə hormonal dəyişiklik  qadınlarda daha  çox rast gəlinir.

Digər bir yanaşma psixoloji olaraq həssas insanlarda daha çox rast gəlinir. Misal: Melonxolik temperament tipinə malik insanlar buna daha çox meyllidirlər.  Bu insanlar təməl olaraq həssasdırlar.

Əgər bu hal maksimum 1 həftə ərzində sonlanarsa, normal olaraq qəbul olunur.  Əgər daha çox zaman alarsa, bu zaman mütəxəssislərə müraciət etmək tövsiyə olunur.

Yox əgər qısa müddət çəkirsə, daha sonra həyatınıza adaptasiya olursunuzsa, bu zaman keçici bir haldır.

depressiya

İnsan özü bunun qarşısını necə ala bilər?

1) Hər şeydə olduğu kimi burda da insanın özündən daha çox asılıdır. Bu halların olduğunu hiss etdiyi an, daha çox gəzməyə getməyə, dostlarla xoş gün bölüşməyə, ona pozitiv gələn nə varsa həmin əşya vəya insanların əhatəsində olmalıdır.

2) Digər bir hal, sağlam qidalanmağa üstünlük verməli və yuxu rejimini qaydasına salınmalıdır.

3) Gündəlik planlarını öz əhvallarına uyğun olaraq nizamlamalıdırlar. Misal: Gün ərzində daha çox enerji tələb edən planlarını hissələrə bölüb etməlidirlər.

Son olaraq bildirmək istəyirəm ki, bu aylar keçicidir və sağlam şəkildə bu dönəmləri keçirmək üçün addım atmaq sizin əlinizdədir.

Sevgi və sağlıqla qalın.

 

Zümrüd Haqverdiyeva

“Bilmed” Psixologiya Nitq inkişafı və Reabilitasiya mərkəzinin psixoloqu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir