toy

Yazda bal ayı: Hansı ölkələrə üz tutmaq olar?

Baxış sayı: 179
yaz fəsli toy üçün ən yaxşı mövsüm sayılır! Yaz həmçinin bir çox ölkələrə səyahət üçün əlverişlidir. Gəlin yaz fəslində yeni evlənən cütlüyün bal ayı üçün üz tuta biləcəkləri istiqamətlərə birlikdə nəzər salaq.

Bal ayı üçün ən səmərəli mövsüm aprel ayında başlayır.

Dəniz istirahəti

Əgər sizi dəniz istirahəti maraqlandırırsa, Tunisə diqqət yetirin.

Apreldə burada hava temperaturu yüksək olur, dəniz yetərincə qızır və Siz çimərlikdən və dənizin ilıq dalğalarından zövq ala bilərsiniz.

Tunis həmçinin özünün SPA-kurortları ilə məşhurdur, odur ki Siz bal ayı proqramınızı massaj, sauna, hamam, SPA-terapiya ilə zənginləşdirə bilərsiniz.

Çin də yeni evlilər üçün əla dəniz istirahəti vəd edir.

Xaynan adası sizi 25 dərəcə hava və dəniz temperaturu ilə qarşılayacaq. Burada siz həmçinin Çin təbabəti mərkəzlərində sağlamlığınızı bərpa edə bilərsiniz. Mütləq mirvari muzeyini və kəpənəklər dərəsini ziyarət edin – bu, romantik istirahət üçün ideal məkanlardır!

Günəş vannalarının pərəstişkarları üçün daha bir istirahət variantı – Mərakeş.

Apreldə burada havalar isti keçir, dəniz istidir, servis isə avropa servisinə çox yaxındır. Eyni zamanda, şərq koloriti istirahətinizə ekzotik dad bəxş edəcək.

Avropaya səyahət

Avropanın demək olar ki bütün ölkələri yazda gözəl olur. Mülayim hava, çiçəklənən ağaclar, lalə tarlaları…

İtaliyaya nəzər salın – Toskananın məşhur peyzajları məhz elə yazda daha da gözəl olur.

Apreldə İspaniya da çox gözəl olur. Burada artıq yay istiləri hökm sürür, çiçəklənən təbiət və ağaclardakı tutuquşları rəsmi tamamlayır.

Qeyri-standart marşrutlar

Aprel – İordaniyaya səyahət üçün əla vaxtdır.

Ölü dənizə, möcüzəli Petra şəhərinə və Vadi Ram səhrasına səyahət bal ayınızı unudulmaz edəcək.

Yazda Yaponiya –təkrarolunmaz bir mənzərədir.

Sakuranın çiçəkləndiyi bir dövrdə Yaponiyaya romantik səyahət bal ayınız üçün ideal seçimdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir