yaz

Yazda evlənənlər, boşananlar, iş dəyişdirənlər, BUNU OXUYUN!

Baxış sayı: 1. 322

Yaz aylarında tez-tez dəyişən havalar insanlara həm fiziki olaraq təsir edir, həm də sağlam düşüncəni əngəlləyir. Bu səbəbdən evlilik, boşanma, iş dəyişdirmə kimi mühüm məsələlərdə sağlam qərarlar almaq çətinləşir.

Qışdan yaza keçid dövründə bədənimiz atmosferdə yaşanan təzyiq və yod dəyişikliklərinə uyğunlaşmaqda çətinlik çəkir. Ani istilik dəyişikliklərinin bədənimiz üzərində metabolik və psixoloji təsirlərinin olduğu deyilir.

“Gencaile.az” Aile.lent.az-a istinadən yaz aylarında bədənimizdə baş verən dəyişikliklərlə bağlı məlumatı təqdim edir.

Beyin dalğalarımız mənfi təsirlənir

Bahar günlərində bir gündə üç fəsli birlikdə yaşaya bilirik. Səhər erkən saatlarda 5 dərəcə olan hava günortadan sonra 15 dərəcəyə yüksələ bilər. Ani istilik və atmosferdəki təzyiq dəyişiklikləri beyin dalğalarımıza neqativ təsir edir, bununla ruh halımızda gəl-getlərə səbəb olur. Xüsusən də keçmişində depressiyası olanlar baharda yaşanan bu dəyişikliklərdən daha çox təsirlənir.

Yağışlı havalarda neqativ ionlar artır

Yağışlı havalarda bayırda neqativ ionlar daha çox olduğundan depressiv və durğun bir hala bürünürük. Günəşli havalarda isə havadakı pozitiv ionlar çoxluq təşkil etdiyindən insanlara sevinc verir. Ruh halındakı bu sürətli dəyişikliklər qərar verməyi çətinləşdirdiyi üçün mart və aprel aylarının ilk günlərində evlilik, boşanma, iş dəyişdirmə kimi mühüm qərarları verməmək lazımdır. Bu qərarları özəlliklə qışdan bahara keçid dövründə almamaq gələcəkdə peşman olmamaq üçün böyük önəm daşıyır.

Havalar normallaşdıqda, yəni temperatur 24-25 dərəcəyə yüksəldiyində bu qərarları almaqda bir problem yoxdur.

Beyindəki istilik mərkəzləri çətinlik çəkir

Bədənimizin normal istiliyi 37.5 dərəcədir. Beynimizin ortasında “hipotalamus” adlanan mərkəzdə bədən istiliyini təyin edən termorequlyator var. Bayırdakı istilik nə olursa-olsun bədən istiliyini təyin edən mərkəz bayırdakı istiliyi bir termostat kimi qiymətləndirərək, bədən istiliyini artırıb, azaldaraq normal 37.5 dərəcədə tutmağa çalışır.

Bədəndə istilik çoxdursa, termorequlyator mərkəzi əvvəlcə böyrəklərə, dəriyə, sonra ağciyərlərə xəbərdarlıq göndərir. Dəri bayırdakı istilik çox olduğu halda qızdırma olmasın deyə tərləyir. Tərləyərək bədən istiliyini balansda saxlayır.

Böyrəklər çox sidiyə getməyərək bədəndə su tutar. Ağciyərlər də bu suyu buxarlandırıb tənəffüs yolu ilə bayıra atar. Soyuq havalarda isə termorequlyator mərkəzi enerjiyə ehtiyac duyur. Qidalardan aldığı enerjiylə istiliyi qorumağa çalışır.

Ancaq bayırdakı temperaturda ani düşmə-qalxmalar olduğu halda bu mərkəz çətinlik çəkir. Bədənimizin uyğunluq mexanizmində pozuntu meydana gəlir. Bu pozuntu nəticəsində də immunitet sistemində “çatlar” yaranır. İmmunitet sistemi zəiflədiyində isə çox tez qripə yoluxma, soyuqdəymə baş verir.

Nəm saçla bayıra çıxmaq təhlükəlidir

Temperaturun ani dəyişdiyi bu havalarda yaş saçla bayıra çıxılarsa, sinusitə yaxalanma riski daha çox olur. Xüsusən şüşəsi açıq şəkildə maşını idarə etmək üz iflicinə səbəb ola bilər. Termorequlyator mərkəzi bu havalarda çətinlik çəkdiyindən infeksiya və xəstəliklər ortaya çıxır.

Yaz yağışı xəstə edir

Bədən istiliyini bu dövrdə qorumaq üçün yaxşı qidalanmaq və doğru geyinmək lazımdır. “Yaz yağışı nə edər ki?”, – deyə düşünməyin. Hava xəbərlərini izləyib geyinmək lazımdır. Kələm kimi geyinin, çantanızdan çətiri əskik etməyin. Yaz yağışında islanmaq, ardından küləyə məruz qalmaq bədən istiliyinin düşməsinə səbəb olur. İmmunitet sistemi zəifləyir və infeksiyaya yoluxma ehtimalı yüksəlir. Belə hallarda isə sinusit, bronxit, sətəlcəm, əzələ ağrıları, ishal kimi şikayətlər də artır.

Səhər yeməyi yeməyənlər risk altındadır

Belə havalarda səhər yeməyi yemək lazımdır. Son dövrdə sadəcə qəhvə içib işə getmək ənənəyə çevrilib. Bunlar qəhvənin enerji verdiyini düşünənlərdir. Halbuki qəhvə kafein tərkibli olduğu üçün diqqəti artırsa belə, bədənə enerji verməz.

Əksinə, səhər sadəcə bir stəkan qəhvə ilə günə başlayanlar ürək döyüntüsü, qastrit, mədə sancıları kimi problemlərlə qarşılaşır. İş yerində də stress varsa, mədə sancıları daha çoxalır.

Gündə 2-3 litr su için

Mütləq evdən çıxmadan ən azından bir dilim çörək, bal, 1 stəkan çay da olsa səhər yeməyi yeyin. Bundan başqa yetərincə su için.

Gündə 2-3 litr su için. Çünki bədən istiliyini nəzarət edən sistem mayedir. Çox istilərdə bədən istiliyini aşağı salmaq üçün su içmək lazımdır. Ayran və soda kimi soyuq içkilər də içmək olar. İsti havalarda bədən tərləmə yolu ilə sodium və potasium itirir. Sodium və potasium itkisinin qarşısını almaq üçün duzlu ayran və ya mineral su içə bilərsiniz.

Turp və pomidor immunitet üçün əhəmiyyətlidir

İmmunitetin yaxşı çalışa bilməsi üçün bol tərəvəz və meyvə yeyin. Potasium, sodiumla yanaşı B12, H vitamini, sink və maqnezium almaq lazımdır. Buna görə qırmızı rəngli meyvə tərəvəzləri yemək lazımdır. Çünki onların içində selenium və likopen kimi immuniteti gücləndirən maddələr var.

Pomidorda olan selenium və likopen xərçəng əleyhinə olan və immuniteti gücləndirən maddələrdir. Turp, qarpız, qırmızı bibər də immunitet və ürək sağlamlığı üçün mühümdür.

İmmunitet sistemi üçün bir az da manqanaz, dəmir, sink kimi maddələrə ehtiyac var.

Bunları da fındıq, fıstıq, qoz kimi quru çərəzlər yeyərək qəbul edə bilərsiniz.

Potasium və sodium itkisinə diqqət edin

Bu mövsümdə əsasən yaşlılar, hamilələr, uşaqlar və xroniki xəstəliyi olanların istilik mərkəzi daha çox çətinlik çəkir. İstilik dəyişikliyinə qarşı bu insanlar daha həssasdır. Ürək, təzyiq və böyrək xəstələrinin özəlliklə qidalanmalarına diqqət yetirmələri lazımdır. Ürək xəstələri elektrolit müayinələrini tez-tez etməlidir. Bəzən bu xəstələrdə əl keyiməsi ola bilər. Bu, çox tərləməyə bağlı sodium və potasium itkisindən ola bilər. Ona görə tez-tez müayinə olunmalıdırlar.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir