Geyim

Yazda şıq olmağın incə məqamları

Baxış sayı: 1. 905

Qışdan çıxıb yaza doğru yol aldığımız aralıqda bilmirik paltomuzu soyunub əlimizdə tutaq, ya geyinək. Bəs belə durumda nə etmək lazımdır?

“Gencaile.az” yazda şıq olmağın incə məqamlarını diqqətinizə çatdırır.

 

Cins

Sadə görünüşlü cins paltarınızla şıqlığı yaxalamanız mümkündür. Ağ ti-şört, yun koftalar və nazik botlarla gözəl bir kombin əldə edə bilər, tərzinizə rockn roll havası da qata bilərsiniz.

 

Qarışıq naxış

Əgər daxili azadlığınızı oyandırmaq istəyirsinizsə, ehtiyacınız olanlar ispan ətəkli şalvar, qarışıq naxışlı paltarlar, saçaqlı toxunma jaketlərdir.

 

Köhnəyə qayıdış

90-cı illərin dəbi klassik parçalarla kombinləndiyində son dönəmlərin dəbinə çevrilib. Yüksek bel şalvar, dəri gödəkçə, şəkilli ti-şörtlər, süni kürklər ən çox seçilənlər arasında yer alır.

 

Müasir klassik

Uzun və şıq paltolar son dönəmin sevimli parçalarındandır. Boru ətəklər və bohem bir şıqlıqla tərzinizi ortaya qoya bilərsiniz.

 

Qat-qat parçalar

Modelyerlərin fikrincə, çox qatlı və hörmə məhsullar qarderobunuzdakı digər parçalara nisbətən daha çox istifadə olunacaq. Qabarıq ətəklər, böyük loqolu paltarlar, idman və klassik bir tərz yarada bilir.

 

Canlı rənglər və dəqiq cizgilər

Böyük cizgili, kvadratlı modellər, güllü şəkillər, metal və cazibəli parçalar sizi bahar mövsümündə canlı tutacaq.

 

Şifon və ipək

Gözəlliyinizi vurğulamanızın ən yaxşı yollarından biri şifon və ipək paltarlar ola bilər. Bu parçaları klassik kəsimli şalvar, cins və ya saçaqlı ətəklə kombinləyə bilərsiniz.

 

İdman şıqlığı

İdman paltarları digər tərzlərə görə daha minimalist və rahatdır. Motosikletçi tərzi və ya şıltaq görünüşlü parçaları klassik hər paltarla kombinləyə bilərsiniz.

 

Kaşmir

Modanın köhnəlməyən parçalarından. Pastel rənglər seçdikdə görünüşünüz daha orijinal və cazibədar olacaq. Özəlliklə mavi, çəhrayı, ya da firuzəyi rənglər düzgün bir seçim olar.

 

Dəri gödəkcə və uzun paltarlar

Feminen bir görünüş üçün uzun bahar paltarlarından seçə bilərsiniz. Üzərinə də modanın əsla köhnəlməyəcək parçası olan dəri gödəkcələr geyərək, əla bir kombin yarada bilərsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir