yazi

Yazı yazmaq uşaqlar üçün niyə çətindir?

Baxış sayı: 182

Məktəb dövründəki uşaqların ən böyük mübarizəsindən biri əl yazısıdır. Uşaqların bu bacarığını inkişaf etdirmək üçün nə etmək lazımdır?

Məktəb dövründəki uşaqların bir çoxu üçün əl yazısı yazmaq çətin bir şeydir. Bəs uşaqlar niyə əl yazısı yazmaqda çətinlik çəkir? Əl yazısı bir çox uşaq üçün həqiqətən əsl mübarizədir.

Əl yazısı incəsənət işləri, kiçik əl işləri edərək, oyun parkında xüsusi maneələrə dırmaşaraq, konstruktorlarla və ya plastilinlərlə oynayaraq inkişaf etdirilən əzələlərlə həyata keçirilir. Heyif ki, uşaqlarımız bu barədə olduqca faydalı olan şeyləri etməkdənsə, digər şeylərə daha çox vaxt sərf edir.

Əl əzələləri təəssüf ki, sensorlu ekranları sürüşdürən zaman inkişaf etmir. Həmçinin yazı yazarkən uşağın diqqətini toplaması vacibdir. Əl yazısı özlüyündə bir qabiliyyət deyil. Əl yazısı uşağın riyaziyyat və oxuma bacarıqlarını da asanlaşdırır. Əl yazısı irəliləyən yaşlardakı məktəb uğurları ilə də əlaqələndirilir. Bundan əlavə öyrənmə zamanı əl ilə yazmağın notebook ilə yazmaqdan daha təsirli olması ilə bağlı sübutlar var. Buna görə də əl yazısını yox saymaqdansa, həll üsulu uşaqlara uşaqlıqlarını yaşamağa icazə verməkdir.

– Birlikdə elastik materialları gərmək, cırt-cırtları açıb-bağlamaq, saç aksesuarlarını taxıb çıxarmaq, qəpikləri plastilinlərin içinə salıb-çıxarmaq və s. kimi oyunlar oynayın.

– Bu ev işlərini birlikdə görün: Marketdə arabanı itələmək, əşyaları daşımağa kömək etmək, yatağını yığmaq, şüşələri və masaları silmək, süngərləri sıxmaq, paltarları quruducuya qoymaq, plastik qabları açmaq, gülləri sulamaq, maşın yumaq və həyət işlərində kömək etmək.

– Çöldə görüləcək işlər: Əl arabasını itələmək və ya heyvan gəzdirmək, ağaca dırmaşmaq, oyun parklarında oynamaq, tennis, basketbol oynamaq, böyük tabaşirlərlə şəkil çəkmək. Qumun içinə gizlədilmiş kiçik əşyaları tapmaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir