Varis

Yazıçı Varis KİV-ə, eləcə də “Facebook” sosial şəbəkəsi istifadəçilərinə müraciət etdi

Baxış sayı: 1. 681

Əziz dostlar. Son vaxtlar ölkəmizdə kibercinayətkarlıq hallarına ara-sıra rast gəlinir. Belə cinayətlə bu günlərdə biz də üzləşmişik. Belə ki, bir müddət öncə yazıçılıq fəaliyyətimi işıqlandırmaq üçün nəzərdə tutulmuş tanıtım və profil səhifələrinin şifrəsini yararaq onları ələ keçırən xaker səhifələri işlədən köməkçilərimdən biri ilə ünsiyyət qurub 1000 manat müqabilində səhifələri geri qaytarmağı təklifi etmişdir. 

Xaker “Rövşən Cavadov“, “Bozqurd Millətçi“, “Danışan şəkillər“ ,“Fırtına fan klubu“ kimi profillərə və səhifələrə soxularaq həmin profil və səhifələrdən çat vasitəsilə yazmaqla köməkçimdən israrla pul tələb etmişdir. Bununla razılaşılmadığını görəndə isə profil səhifəsinin inbox hissəsində photoshop proqramında hazırlanan əsasən əxlaqsızlıqdan ibarət bir neçə profil yazışması qoyaraq səhifləri geri qaytarmışdır və bu dəfə həmin yazışmaları mətbuata ötürəcəyi, sosial şəbəkədə paylayaşacağı hədə-qorxusu ilə pul tələb etməyə başlamışdır.

Məsələ dərhal kibercinayətlə mübarizə aparan xüsusi orqanların diqqətinə çatdırılmışdır. Hal-hazırda bu insanın aşkar edilərək zərərsizləşdirilməsi üzrə fəaliiyət aparılır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir