varis

Yazıçımızın romanı Türkiyədə nəşr olundu

Baxış sayı: 369

Türkiyədə TADEV Yayınları nəşriyyatında yazıçı Varisin “Qızıl cib saatı” romanı nəşr olunmuşdur. Hazırda “Kitabyurdu”, “Kitab365.com” və digər platformlar üzərində kitabın satışına başlanılmışdır.
Dünya miqyasında erməni millətçiliyinin riyakar maskasını 1893-cü ildə Osmanlı imperiyasındakı xəyanət fəaliyyətindən tutmuş 1993-cü ildə Qarabağdakı işğalçılıq fəaliyyətinədək yüz illik bir dövr ərzində aça biləcək “Qızıl cib saatı” romanı Britaniya, Türkiyə və Azərbaycan arxivlərinin materialları əsasında yazılmış, sırf dünya oxucusuna ünvanlanmış bir romandır.
Azərbaycan Xalq Yazıçısı Kamal Abdullanın “Roman Azərbaycanın haqq səsinin dünyaya çatdırılması işinə yardımçı olacaq deyə onun müxtəlif dillərə tərcümə edilərək xarici ölkələrdə yayılması çox yaxşı olardı. Bu işdə ədəbiyyatın gücü digər güclərdən daha təsirlidir,” – deyə qiymət verdiyi roman
Azərbaycan Respublikası Diasporla iş üzrə Dövlət Komitəsinin, habelə Türkiyə-Azərbaycan Dostluq, İşbirliyi və Dayanışma Vakfının dəstəyi ilə işıq üzü görmüşdür. Romanı Türkiyə türkcəsinə İmdat Avşar çevirmişdir.
Romanın başqa ölkələrdə nəşri də nəzərdə tutulur. O ki qaldı Azərbaycana, romanın ayrı-ayrı hissələri ilə Azərbaycan oxucuları “Ədəbiyyat qəzeti”ndən və “Azərbaycan” jurnalından tanışdırlar, tam romanla tanışlıq isə payız aylarında mümkün olacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir