YEMEK

Yeməkdən sonra bunları etməyin

Baxış sayı: 395

Duş qəbul etmək 

Yeməkdən dərhal sonra duş qəbul etmək heç də məsləhətli deyil. Duş qəbul edən zaman əl, ayaq və bədənin qan dövranı sürətləndiyi üçün mədə ətrafındakı qan dövranı zəifləyir.  Bu isə həzm probleminə yol açır.

Qaçmaq və yatmaq

Heç bilrdinizmi ki, yeməkdən dərhal sonra yürüşə çıxsanız, daha öncə yedikləriniz  həzm edilmir. Yeməkdən dərhal sonra yatmaq isə mədədə  qastritə səbəb olur.

Çay və ya qəhvə

Mütəxəssislər çay və qəhvəni yeməkdən 2-3 saat sonra içməyi tövsiyyə edir. Əks halda içilən qəhvə və çay bədənin dəmir almasına mane olur və hemoqlobini aşağı salır ki, bu da qan azlığına ən böyük səbəb olur. yeməkdən sonra çay və qəhvə qəbul etməkdir.

Meyvə yemək

Yeməkdən sonra meyvə yemək. zərərlidir.  Mütəxəssislər qeyd edirlər ki, bu zaman mədədə köp yaranır.

Siqaret çəkmək

Siqaretin zərərlərini bilməyən insan yoxdur. Sən demə  yeməkdən sonra siqaret çəkmək  10 siqaretin zərərinə bərabər hesab olunur.  Edilən bu səhv hətta xərçəng xəstəliyinə səbəb ola bilər. Buna görə də siqaret çəkməzdən öncə  ən az 1 saat gözləmək lazımdır.

Su içmək

Yeməkdən dərhal sonra su içmək mədədəki qidaların həzm edilmədən bağırsağa keçməsinə,  həmçinin, mədə suyunu azaldıb onun zəifləməsinə səbəb olur.

 

Samirə Tağıyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir