Yemək yediyiniz qabın beyinə təsiri – İnana bilməyəcəksiniz!

Baxış sayı: 1. 253

Mütəxəssislər yemək yediyimiz qabların formasının beyinə müxtəlif cür təsir etdiyi qənaətindədirlər.

“Gencaile.az” “Publika.az”-a istinadən xəbər verir ki, hətta son illər Londondan Kaliforniyaya kimi bir çox şəhərlərdə fəaliyyət göstərən restoranlarda yeməklərin kasada təqdim edilməsinin səbəbinin bu olduğu deyilir.

Belə ki, yeməyin verildiyi qabın müştəriyə təsirindən xəbərdar olan aşpazlar bu üsuldan istifadə edir. Onlar insanların kasada yedikləri yeməkləri daha dadlı hesab etdiklərini deyir.

Bu mövzuda araşdırma aparan alimlər bəzi illüziyalarla beyni aldatmağın mümkün olduğunu bildirir.

Məsələn, insanlar qırmızı rəngli bir şirniyyatı eyni dərəcədə şəkər ehtiva edən digər şirniyyatlardan daha şirin hesab edir. Başqa bir missal, daha ağır çəngəl-bıçaqla yeyilən yemək daha bahalı hesab edilir və menyudakı qiymətə etiraz edilmir.

Oksford Universitetinin əməkdaşı, dadalma psixologiyası üzərində uzun illər araşdırmalar aparan professor Çarlz Spens kasada təqdim edilən yeməyin daha dadlı hesab edilə biləcəyini təsdiqləyib.

Professorun sözlərinə görə, yeməyi boşqabda yeyərkən də bəzi nüanslara diqqət etmək lazımdır.  Böyük qabda yemək kökəlməyə səbəb ola bilər. Çünki normal porsiya iri boşqabda və ya kasada az görünəcək və başqa yeməklər də sifariş edəcəksiniz. Yeməyi dümdüz, dördkünc boşqabda yesəniz, daha tez doyacaqsınız.

Proffessor Çarlz bildirib ki, dünyanın məşhur restoranları bu mövzulardakı araşdırmaları yaxından izləyir və müştərilərini sadəcə fərqli təamlarla deyil, fərqli servis üsulları ilə də təəccübləndirməyə çalışır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir