yuxu

Yeməkdən sonra niyə yuxumuz gəlir?

Baxış sayı: 2. 292

Belə ki, yemək yedikdən sonra orqanizm həzm üçün bol miqdarda enerjiyə ehtiyac duyur. Başqa sözlə, nə qədər çoxlu qida qəbul edilərsə, bir o qədər enerjiyə ehtiyac yaranır. Xərclənən enerji sonrasında yaranan yorğunluq yuxulamalara səbəb olur.

Gencaile.az “Bizim yol” qəzetinə istinadən xəbər verir ki, qida qəbulunda böyük boşqabları kiçiltmək, başqa sözlə, düzgün qidalanmaq lazımdır. Çünki yemək sonrası qan şəkərində görülən artımın sürəti və miqdarı yeyilən qidalara görə dəyişik olur. Az qidalanmaq həmin prosesə kömək edərək yemək sonrası yorğunluğu və yuxu gəlməsini azaldır.

Karbohidratlı qidalar da yuxu yaradır. Bu cür qidalanmadan sonra qanda şəkər artır. Qanda olan şəkərin bütün hüceyrələrə girməsini mədəaltı vəz təmin edir. İnsulin daha sonra triptofan aminturşusunu çıxarmağa kömək edir. Triptofan, serotonin hormonunun istehsalında aktivdir. Serotonin hormonu yuxunu tənzimləyir. Çox karbohidratlı qidalar istifadə etdikdə serotonin istehsalı artır və bu da yuxulamalara səbəb olur.

İnsulin miqdarını artırmaq da bu prosesə yaxşı təsir edir. Çünki insulinin təsiri ilə triptofan salınır. Nə qədər karbohidrat ağırlıqlı qidalansanız, qan şəkəri o qədər sürətli yüksələr. Ani insulin yüksəlməsi eyni zamanda daha tez acmağınızı təmin edir. Bu da heç istəmədiyimiz başqa təsirlərə səbəb olur. Bu baxımdan qidalanmaya diqqət göstərmək vacibdir.

Yemək yedikdən sonra yuxunuzun gəlməsini istəmirsinizsə, bol karbohidratlı qidaların yerinə tərəvəz, çərəz, balıq və toyuq kimi qan şəkərinə təsir etməyən qidalar qəbul edə bilərsiniz. Çünki düzgün qidalanmaq insanı həm ac olmaqdan, həm də yemək sonrası yaranan yuxulamalardan qoruyur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir