sud

Yeni doğulmuş körpənin qidalanması necə olmalıdır?

Baxış sayı: 1. 300

Körpə nə qədər müddətdə əmizdirməlidir

Mümükündürsə, ilk yarım saatda, ən gec 1 saat içində əmizdirilməlidir. Ona görə ki, körpə yuxuya getmək istəyəcək və körpəni oyandırmaq çətinləşəcək. Körpələr ilk günlərdə 2-3 saatda bir əmizdirilməlidir. Yuxusu 3-4 saatı keçərsə, oyandırılıb əmizdirilməlidir. 2-3 həftədən sonra özü aclığı hiss edəcək.

 

“Südüm gəlmir” deyə süni qidalara başlamayın

Körpə düzgün pozada əmizdirilərsə, süd gəlməmək kimi problem olmaz. Ancaq doğuşdan sonra qayğı çəkən analarda, körpənin ac qalması səbəbi ilə süni qidalarla qidalandırma kimi hal ortaya çıxa bilər. Bu səbəbdən ananın dəstəklənməsi, mütəxəssislə məsləhətləşmək vacibdir.

ana sudu

Ana südü necə çoxalır?

Kifayət qədər maye almaq və dincəlmək ən vacib faktorlardandır. Gündə 2-3 litr arası su və maye içkilərin qəbulu kifayət edəcəkdir.

 

Qaz şikayəti nə vaxt başlayır?

Sağlam körpələrdə rastlanan səbəbsiz ağlamalara qaz sancısı səbəbindən olur. Körpə 2-3 həftəlik olduqda başlayır, 4-6 həftədə artır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir