toyuq

Yeni ilə xüsusi hind toyuğu – “YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 1. 638

Yeni ildə stolumuzun üstündən mütləq toyuq əskik olmur. Digər günlərdən fərqli olaraq məhz bayram süfrəsi üçün onun daha dadlı olmasına çalışırıq. Bu Yeni ildə süfrənizə xüsusi hazırlanmış hind toyuğu qoyub yaxınlarınıza və qonaqlarınıza bayram ziyafəti verə bilərsiniz. Beləliklə, “Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu gün hind toyuğunun necə hazırlanmasından bəhs edəcəyik.

 

Ərzaqlar

Porsiya – 4-6 nəfərlik

Hazırlanması – 30 dəqiqə

Bişməsi – 1-2 saat

Böyük ölçülü hind toyuğu – 1 ədəd 3 kq-lıq

Yarıya bölünmüş limon – 1 ədəd

Soyulmuş kiçik ölçülü soğan – 1 ədəd

Yumşaldılmış kərə yağı

 

Hazırlanması

Əgər bayram süfrənizdə hind toyuğu olacaqsa onu mütləq 1 gün əvvəldən təmizləyib, yuyub və ədviyyatlayıb soyuducuya qoymaq lazımdır. Bu onu daha da dadlı edir. Hind toyuğunu bişirməmişdən 1 saat əvvəl toyuğu soyuducudan çıxarıb otaq istiliyində özünə gəlməsini gözləməlisiniz. Yarıya bölünmüş limonları və doğranmış soğanı təmizlənmiş hind toyuğunun içərisinə yerləşdirin. Sobanı 200 dərəcədə isidib bişirəcəyimiz menyunu seçirik. Sonra soba qabının içərisini də yağlayırıq, hind toyuğumuzu sinə hissəsi yuxarı şəkildə qoyulmaqla yerləşdiririk (mütləq sinə hissə üstdə qalmalıdır. Çünki yağ belə rahat yayılır və yaxşı bişir.). Bişməyə qoyuruq. Bişənə yaxın sobanın istilik dərəcəsini 170-ə endiririk. Sonra isə döş hissəni alta çevirib, yenidən qoyun bişsin. Bişməsinə 15 dəqiqə qalmış sinə ətinin tam bişib-bişmədiyini yoxlayın. 10 dədiqə sonra bir də yoxlayıb sobadan çıxarın. Üzərinə göyərti doğranmışı səpərək servis edə bilərsiniz.

 

Məsudə Sultan




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir