yeni il senliyi

Yeni il əhval ruhiyyəsini necə yaratmalı?

Baxış sayı: 899

Hər il dostlarımızın “Yeni il daha əvvəlki kimi maraqlı deyil”, “Əvvələr Yeni il bayramı daha əyləncəli idi” kimi fikirlərini eşidirik. Yeni il əhval-ruhiyyəsi isə özü-özünə yaranmır. Bunun üzərində, öncədən bütün detalları hər xırdalığına qədər düşünərək işləmək tələb olunur. Məsələ sadəcə süfrə açmaq və yolka bəzəməklə bitmir, əsas abu-hava və mühitdir. Özünü il dəyişimi sehri və möcüzəsi ilə əhatə etmək istəyənlər üçün aşağıda 13 kiçik sirrimizi paylaşırıq. Qoy 7 gün sonra qarşılayacağınız 2020-ci il həyatınızda ən unudulmaz, ən həyəcanlı və ən xoşbəxt illərdən biri olsun.

 

1. Həm qarlı qış, həm Milad, həm də Yeni il əhval-ruhiyyəsi yaratmağın ən gözəl yolu bütün ailə ilə birlikdə evi bəzəmək və bayram əhval-ruhiyyəsi yaratmaqdır.

2. Mütləqdir ki, bütün hədiyyələri özünüz alasınız və özünüz qablaşdırasınız: yaxınların həmin hədiyyələri açarkən yaşadığı emosiya və həyəcan hissi, üzlərində yaranan təbəssüm və mimikalar əvəzolunmazdır.

Woman Doing Gift Wrapping

3. İş masınızın üzərinə də yeni il atributları qoymağı unutmayın. Çəkmənizdə bir sıra yeni il aksessuarları  saxlayıb, ara-sıra taxa bilərsiniz, bu xüsusən dekabrın son həftəsində yol veriləndir. Bu gözəl aksessuarları bu səhifədən də əldə edə bilərsiniz.

4. Yeni il hədiyyələri paylayın  – çalışdığınız şirkətin məhsulları ilə sadəcə korporativ müştərilərinizi deyil, müxtəlif körpələri, yaşlıları, ehtiyacı olanları bayram ərəfəsində sevindirməyi unutmayın.

5. Yolka işıqlarını qətiyyən yaddan çıxartmayın, bərq vuran yolka və sayrışan  rəngli işıqlardan daha gözəl nə var ki?

6. Yeni il və Milad məzmunlu musiqilər bizə xoşbəxt olduğumuz günləri xatırladır, ovqatımızı yüksəldir. Bayram musiqilərindən gözəl bir play-list hazırlayın, müxtəlif işlərinizi bu şən notlu musiqilərin sədası altında ruh yüksəkliyi ilə icra edin. Effektini görəcəksiniz. Qoy, evinizidən həmişə xoş sədalar gəlsin.

7. Özəl hədiyyələr edin, öz əllərinizlə hazırlayın və ya məxsusi hazırlatdırın, sevdiklərinizə bütün ömrü boyu saxlamaq istəyəcəyi unikal hədiyyələr edin.

8. Bayram ərəfəsinin sehrli günlərində özünüzü əl işləri yaratmaqdan məhrum etməyin. Yolkanız və dekorunuz üçün öz fantaziyanızı işə salın, əl əməyi gözəl olan xanımlara da dekor üçün müraciət edə bilərsiniz.

9. Yeni il ərəfəsində, ilin təhvil olunduğu anda tutulan arzular, həmçinin Milad ərəfəsində, səmimi qəlbdən edilən bütün dualar gerçəkləşir, bunu yaddan çıxartamayın. Böyük arzular qurun.

Woman in Gray Cardigan Giving White Gift Box

10. Mütləq bayram axşamı geyinmək üçün xüsusi bir don hazırlayın, sonra isə şəhzadələrin bala gəlişi kimi effektli şəkildə bayram axşamı göz oxşamağa və qəlbləri fəth etməyə hazır olun. Hər kəsin heyranlıqla baxdığı gizli şahzadəyə dönüşün. Ən əsası bu libas qoy hər kəs üçün sürpriz olsun.

13. Bayram manikürü və makiajı da mütləqdir. Dekabr ayı ərzində, özünüzə bayram atributlarını əks etdirən manikürdən istifadə edin. Bayram axşamı üçün də üz cizgilərinizə uyğun, zərif bir gecə makiajından istifadə edə bilərsiniz.

12. Yeni il gecəsi üçün süfrənin menyusunu ən azı iki həftə öncədən müəyyən etmək lazımdır.

Öncədən lazım olan məhsulların çoxunu alın və işlərinizi son günlərə saxlamayın, yoxsa vaxt edib çatdıra bilməyəcəksiniz.. İlin son günlərindən daha çox zövq almağa çalışın. Həmçinin yemeklərin hazırlanmasını da səhər saatlarına salmaq lazımdır, yoxsa axşam özünüzü qaydaya salmağa yetərli zamanınız olmayacaq.

13. Hər kəsi səmimi şəkildə təbrik etməyi unutmayın, sevgi və xoşbəxtlik paylaşdıqca artır, hər kəsin qəlbini təbriklərinizlə isidin. Bayram günlərində sevdiklərinizin özünü tənha hiss etməsinə imkan verməyin.

Christmas-themed Table Set




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir