makiyaj

Yeni il gecəsi üçün makiyaj necə olmalıdır?

Baxış sayı: 1. 169

Bizi çox qısa zaman kəsiyinin ayırdığı yeni il gecəsində hamının gözünün sizdə olmasını istəyirsinizsə, sizə təqdim etdiyimiz makiyaj təklifləri ilə mütləq tanış olmalısınız. İstər evdə ailənizlə birlikdə, istər hansısa bir restoranda yeməkdə olarkən göz qamaşdırıcı bir makiyajla gözəlliyinizi artırmaq ən təbii haqqınızdır.

 

Yanaqlarınız parıldasın

Yeni il demək hər yerin parlaması deməkdir. Buna görə də, ruhumuz parıldayan şeylərə pozitiv təsir göstərir və bununla da biz özümüzü daha yaxşı hiss etmiş oluruq. Mütləq almacıq sümükləri üzərində, qaş sümüyünün altında və gözlərin iç tərəfinə parıltılı pudra istifadə edin.

 

Qaşlarınızı daha diqqətə çarpan hala gətirin

Qaşlar üzün ən diqqətə çarpan nöqtəsidir. Çünki qaşlarınız üzdəki ifadələri vurğulayır. Əgər qaşlarınızı yanlış alsanız, üzünüzün ifadəsi dəyişmiş olar. Hər zaman nəzərə çarpan olmasını istəyirsinizsə, qəhvəyi və qara tonlarda göz qələmindən istifadə edin.

 

Eyeliner çəkmədən gecəyə hazırlanmayın

Nə olur olsun, mütləq yeni il gecəsində eyeliner çəkin. Gözünüzün və paltarınızın rənginə uyğun tonlar istifadə edin və onu tamamlayan eyelinere üstünlük verin.

 

Qırmızı pomadadan əl cəkməyin

Bir çox xanımlar üçün yeni il gecəsi qırmızı dodaqlar deməkdir. Siz də makiyajınıza və paltarınıza uyğunsa, əlbəttə qırmızı rəngi seçə bilərsiniz. Qırmızı pomada sizi o gecə daha da cəlbedici göstərəcək. Qırmızı rəngin yerinə qəhvəyi və bənövşəyi rəngləri də seçə bilərsiniz. Dodaq baxımınızı 1 həftə öncədən edin və çatlaq görünməsinə icazə verməyin.

 

Ənlik seçimini diqqətli edin

Makiyajın ən vacib qisimlərindən biri də ənlikdir. Kölgəni düzgün vurğulamaq üçün ən yaxşı və ən uyğun ənliyi seçin. Öz içində parıltısı olan və üzünüzü daha yaxşı göstərəcək ənliyi seçmək daha vacibdir. Əgər parıltılı pudra və  parlaq tonal kremdən istifadə etmisinizsə, ənliyi mat şəkildə istifadə edin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir