Yeni il hədiyyələrini bürcə uyğun seçin

Baxış sayı: 1. 371

Yeni ildə yaxınlarınıza nə hədiyyə alacağınıza qərar verə bilmirsiniz?

Elə isə “Gencaile.az”-ın “Publika.az”-a istinadən təqdim etdiyi bu yazını mütləq oxuyun.

Sizin üçün bürclərə uyğun hədiyyə çeşidlərini araşdırmışıq.

Görək, hansı bürcü nə cür hədiyyə xoşbəxt edir.

Qoç:

Güclü xarakterə malik olan Qoçlar cah-calal düşkünüdür. Müasir, sadə və klassik geyim və aksessuarları xoşlayırlar. Onlara bahalı və dəbli çanta hədiyyə edə bilərsiniz

Buğa:

Bu bürc altında dünyaya gələn qadınlar baxımlı olur. Xarici görkəm onlar üçün olduqca əhəmiyyətlidir. Onlara kürk və ya pencək ala bilərsiniz.

Əkizlər:

Əyləncəli və enerjili olurlar. Əkizlər akssesuarlardan istifadə etməyi xoşlayır. İpək yaylıq və ya dəbli şərf onlar üçün gözəl hədiyyə ola bilər.

Xərçəng:

Kövrək və küsəyən olan xərçənglər əzizlənməkdən zövq alır. Onu nə qədər sevdiyinizi göstərmək üçün daim boynunda gəzdirə biləcəyi boyunbağı hədiyyə edin.

Şir:

Belə qadınlar ağıllı və cazibədar olur, liderliyə can atırlar. Xarici görkəmə fikir verirlər, əyləncəyə meyllidirlər. Onların aktiv tərzinə uyğun hədiyyə seçməlisiniz. İdman ayaqqabısı uğurlu seçim hesab edilə bilər.

Qız:

Mükəmməlik axtarışında olan bu qadınları xoşbəxt etmək heç də çətin deyil. Ona çoxdan almaq istədiyi bir kosmetik vasitə və ya iri çanta ala bilərsiniz.

Tərəzi:

Alacağınız hədiyyə tərəzi qadınının zərif stilinə uyğun olmalıdır. Lüks markalardan birindən alacağınız stiletto onu valeh edə bilər.

Əqrəb:

Ehtiraslı, cəsarətli əqrəb qadını xoşbəxt etməyin ən yaxşı yolu ona sevdiyi ətri hədiyyə etməkdir.

Oxatan:

Hərəkətli olmağı sevirlər, əməksevərdirlər. Rahatlığı sevsələr də, özlərinə bər-bəzək verməyi xoşlayırlar. Onlara ən sevdikləri aksessuarı, yəni, sırğa hədiyyə edin.

Oğlaq:

Bu qadınlar işgüzar olur. Əməklərinin qarşılığını almaq, gəlirlərini artırmaq istəyirlər. Onlara rəngli pul kisəsi almağınız məsləhətdir.

Dolça:

Dostları ilə vaxt keçirməyi xoşlayan, əyləncəli mərasimləri qaçırmayan bu xanımlara qızıl və ya gümüş qolbaq hədiyyə edin.

Balıq:

Onlar romantik və xəyalpərəstdirlər. Tək qüsurları getdikləri hər yerə gecikmələridir. Onlara saat hədiyyə etsəniz, tez-tez xatırlanacaqsınız.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir