yemeye ne var

Yeni il üçün salatı belə hazırlayın – “YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 522

Salatlar bayram süfrələrinin ənənəvi bir yeməyidir. Yeni il də daxil olmaqla hər bir bayram süfrəsinin ən başlıca dekorasiyası salatlardır. Yeni ili qarşılamağa sayılı günlər qalıbsa, o deməkdir ki, yeni il salatının hazırlanmasından bəhs edə bilərik. Beləliklə, “Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında məhz bu haqda danışacağıq.

 

Yeni İl salatı üçün lazım olan ərzaqlar

300 q hinduşka və ya toyuq filesi

5 ədəd yumurta

150 q gavalı

100 q fındıq ləpəsi

100 q pendir

mayonez

duz

yeni il-salatIİl salatı üçün ərzaqların yığılması

Salata lazım olacaq fındığı sındırıb təmizləyərək bir kasaya yığın. İstifadə edəcəyiniz yumurtaları yuyub mətbəx dəsmalının üzərinə yığın. Lazım olacaq pendiri bir kasaya yığın. İstifadə edəcəyiniz fileni yuyub təmizləyərək aşsüzənə yığın ki, suyunu versin. İstifadə olunacaq duzu kasaya yığın. İstifadə ediləcək mayonezi bir kasaya yığın. Salat üçün lazım olacaq gavalını yuyub təmizləyərək mətbəx dəsmalının üzərinə yığın. İstifadə olunacaq kökün qabığını soyub yuyun və mətbəx dəsmalının üzərinə yığın. İstifadə edəcəyiniz şüyüdü təmizləyib yuyaraq mətbəx dəsmalının üzərinə yığın.

 

Yeni İl salatı üçün ərzaqların hazırlanması

File bişənə qədər qaynadın (hinduşka filesi qaynayandan təxminən 35 dəqiqə sonra, toyuq filesi isə qaynayandan 20 dəqiqə sonra bişir). Bişən fileni soyumağa qoyun. Bişən filenı incə doğrayın. Gavalıları da incə doğrayın. Fındıqları bir bıçaqla kiçik-kiçik doğrayın . Yumurtaları qaynadıb bərk bişirin. Bişirdiyunuz yumurtanın qabığını soyun. Yumurtaların ağını sarısından ayırın. Yumurta ağlarını rəndələyin. Sarısını da ayrıca rəndələyin. Pendiri rəndələyin.

 

Yeni İl salatının hazırlanma qaydası

Hazırladığınız fileni 3 sm-lik boşqabın içərisinə yayın. Filenin üzərinə azca duz səpin. Sonra isə filenin üzərindən mayonez yağlayın. Yumurta sarısını üzərinə yayın. Üzərinə mayonez yağlayın. Gavalıları sarının üzərinə yayın. Üzərinə bir az mayonez yağlayın. Gavalının üzərinə pendir qoyun. Mayonez ilə bir az yağlayın. Pendir üzərindən fındıq yayın. Mayonez yayın. Salatın üzərindən yumurta ağını yayın. Salatı bəzəmək üçün kökü incə dilimləyin. Salatı saat formasında bəzəməyə çalışın. Kökün yardımı ilə saatın əqrəblərini və rəqəmlərini yazın. Bəzəmək üçün şüyüd yarpaqlarından da istifadə edə bilərsiniz.

 

Yeni İl salatının servis edilməsi

Bu salatı yeni il süfrələrində istədiyiniz yeməyin yanında təqdim edə bilərsiniz.

Nuş Olsun!

 

Təqdim etdi: Məsudə Sultan




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir