hediyye

Yeni ildə nəhəng şirkət rəhbərləri işçilərinə nə hədiyyə edib?

Baxış sayı: 1. 657

Yeni ildə ailə üzvlərinin, dostların bir-birinə hədiyyə almasını çox görmüşük. Lakin şirkət rəhbərlərinin əməkdaşları üçün hədiyyə alması az rast gəlinən haldır.

“Gencaile.az” “Publika.az”-a istinadən nəhəng şirkətlərin rəhbərliklərinin işçilərə bu yeni ildə hansı hədiyyələri alması barədə məlumatı təqdim edir:

Apple

“Apple” şirkəti əməkdaşlarına “urBeats” qulaqcıqlarını hədiyyə edib və 9 aylıq “Apple Music”ə abunə imkanı yaradıb. Həmçinin şirkət əməkdaşlarına şirkətin orijinal “t-shirt”lərini hədiyyə verib.

Microsoft

Şirkət əməkdaşlarının əməyini xüsusi “XboxOne” oyunu ilə qiymətləndirib. Oyunun özəlliyi və orijinallığı məhdud seriyada buraxılmasıdır. Həmçinin oyun yalnız koorparasiya işçiləri üçün hazırlanıb.

Mail.ru

Mail.ru Grup rəhbərliyi isə əməkdaşlarını qeyri-standart formada təbrik edib. Belə ki, şirkətin ortasında buz meydançası qurulub. Meydança 325 kv metr sahəni əhatə edir. Həmçinin əməkdaşlara şirkətin simvolunu əks etdirən jiletlər hədiyyə edilib.

Ferrari

“Ferrari” şirkəti isə əməkdaşlarına hədiyyə seçmək üçün müstəqillik verib. Onların dekabr maaşlarına 5 min avro əlavə edilib. Bu təxminən 2850 nəfər əməkdaşı əhatə edib.

Tinkof bank

Bankın yaradıcısı yaranan gündən burada işləyən 8 əməkdaşa BMW hədiyyə edib.

BuzzFeed

BuzzFeed media şirkəti əməkdaşlarına yeni il ərəfəsində ağıllı saat Apple Watch hədiyyə edib. Saat bazara girəndən qısa müddət sonra sahiblərinin qolunu bəzəyib. .

Oracle

Amerika şirkəti Oracle əməkdaşları üçün maraqlı və aktual hədiyyələr seçməyə çalışıb. 9 il boyunca istehsal edilən Harry&David markasının 100-dən çox qida məhsulu hədiyyə olunub.

Hilcorp Energy

Bu neft şirkətinin rəhbərliyi də əməkdaşlarına bonuslarla təşəkkür etməyə çalışıb. Ötən ilin sonunda 1381 işçi 100 min dollarlıq mükafat alıb.

Cards Against Humanity

Bəşəriyyətə qarşı kart oyunları hazırlayan Çin fabriki rəhbərləri də əməkdaşlarına hədiyyə etmək qərarına gəlib. Onlara bir həftəlik ödənişli məzuniyyət verilib. Bu hədiyyə müəyyən problemlər yaşadıb. Çünki zavodda məzuniyyətin rəsmiləşdirilməsi proseduru olmayıb.

Masterbulit

Amerikanın məişət texnikası istehsal edən Masterbuilt şirkəti də işçilərini bayram qayğılarından azad etmək qərarına gəlib. Təxminən yüz nəfər əməkdaşına “Walt Disney World” əyləncə parkı üçün putyovka verib.

“Google”

Bu il “Google” şirkəti də əməkdaşları üçün qeyri-adi hədiyyə edib. Bu vaxta qədər əməkdaşlarına planşet, smartfon, noutbuk hədiyyə edirdi. Bu il isə işçiləri adından xeyriyyə məqsədilə 30 milyon dollar ayırıb və məktəblərə elektron cihazlar hədiyyə edib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir