TEYYARE

Yeni ildə azərbaycanlılar daha çox hansı ölkələrdə dincəliblər?

Baxış sayı: 1. 088

Bayram günlərində xaricə səfər edən yerli sakinlər daha çox Türkiyə və Gürcüstana üstünlük veriblər. Hər halda, Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov belə deyir.

Onun sözlərinə görə, Azərbaycandan Dubaya səfər edənlərin sayı azalıb:

“Ənənəvi olaraq yerli sakinlər bayramda daha çox, Türkiyə, Gürcüstan, Avropa ölkələri və Dubaya səfər ediblər. Ötən illə müqayisədə Dubaya səfər edənlər azalıb, Gürcüstana səfər edənlər isə çoxalıb”.

Image result for Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov

Assosiasiya sədri bayram günlərində ölkəyə gələn xaricilər barədə isə aşağıdakıları dedi:

“Bayram günlərində Səudiyyə Ərəbistanı, Küveyt və Qətərdən ölkəmizə səfər edən turistlərin sayında çoxluq var. Şərq ölkələri ilə yanaşı, Rusiyadan da çoxlu sayda turist gəlib. Azərbaycana gələn əcnəbilər paytaxtla yanaşı, ən çox Qəbələyə səfər edib”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir