film

Yeni ildə baxa biləcəyiniz ən yaxşı 10 film

Baxış sayı: 1. 827

 Bayram tətillərinizi daha maraqlı etmək üçün sizə ən yaxşı filmlər siyahısını təqdim edirik.

  1. “Evdə tək” – Bu film artıq 3 nəsildir ki, hər bayramda insanları güldürür. Bayram tətilinə gedən ailənin evdə unutduğu Kevin həmişəlik olaraq evin ən bacarıqlı uşağı olaraq qalacaq. Heç kim onun kimi evə girməyə çalışan iki bacarıqsız oğrunu  belə zərərsizləşdirə bilməzdi.1
  2. “Taleyin ironiyası və ya həmişə təmizlikdə” –  Şaxta baba, qar qız, paytaxt salatı, küknar ağacı kimi bu film də artıq neçə ildir ki, yeni ilin atributlarından biri sayılır. Hər bayramda bu film ekranlardan əskik olmayan filmlər siyahısındadır.2
  3. “Köhnə yeni il” –  Bu yer üzündəki bütün insanları birləşdirən yeni il və  əlbəttə ki, sevgi haqqında bir filmdir. Filmin davam etdiyi iki saat müddətində insanları bağışlamaq, sevmək, qiymətləndirmək, lazım gələrsə buraxmaq haqqında səkkiz ayrı-ayrı hekayələri izləyə biləcəksniz.3
  4. “Noel” – Bu Syuzen Sarandon və Penelopa Krusun çəkildiyi möcüzəvi bir filmdir. Bir az melanxoliya, biraz yorğunluq, biraz kədər-bunların hamısı yeni il ərəfəsində Nyu-Yorkda baş verir. İlk baxışdan elə gəlir ki, burada qeyri-adi heçnə yoxdur, lakin möcüzə haradasa yaxında ola bilər. Ola bilsin ki, o, nadir hallarda rast gəlinir, ola bilsin ki ildə bir dəfə, amma o var.4
  5. “Küknar ağacları” – Bu ssenarisi doqquz hekayə əsasında qurulan bir filmdir, lakin onların hamısı bir-biri ilə əlaqəlidr. Timur Bekmambetovun bu layihəsi o qədər uğurlu alındı ki, 26 dekabr  2013-cü il tarixində bu  filmin üçüncü hissəsi çıxdı.5
  6. “Qrinç, milad oğrusu” – Bu Ktoqrad şəhərciyində yaşayan, yaşıl, tüklü, heçkimin sevmədiyi Qrinçdən və onun necə bayramı korlamaq istəməyindən bəhs edən bir filmdir. Baş rolda Cim Kerrinin oynadığı bu film hər bayram həm böyüklərin, həm də balacaların marağına səbəb olur.  qrinc
  7. “Dörd milad” – Bred və Keyt cütlüyü Miladı öz valideynləri ilə birgə keçirmək istəyirlər. Lakin onların hər ikisinin valideynləri boşandıqları  üçün iş çətinləşir. Buna görə də onlar bir gündə dörd müxtəlif yerə  getməyi çatdırmalıdırlar.7
  8. “İdeal Milad” – Nensi- 3 il əvvəl boşanmış çoxuşaqlı ana Miladı öz uşaqları ilə birgə keçirməyi planlaşdırır. Onun qızı Emiliya eşidir ki, anası Milad bayramına əks cinsdən komplement eşitmək istəyir. O, anasının bu arzusunu Santaya deyir.ideal
  9. “Pis santa” – Villi qeyri-adi Santa Klausdur. İldə bir dəfə o, öz dostu ilə birgə növbəti univermaqda oğurluq edir. Lakin bir oğlan uşağı onun əsl santa olduğuna inanır və indi o, əsl möcüzə etməlidir. Qeyd  etmək lazımdır ki, bu film 17 yaşından az olan uşaqlar üçün məsləhət görülmür.9
  10. “Milad üçün istədiyim hər şey” –  Nyu-Yorkdan iki uşaq- İton və onun balaca bacısı Helli öz valideynlərini barışdırmağa çalışırlar. Lakin onların yolundakı əsas maneə anaları Katerinanın yeni həyat yoldaşı Toni Boer olur. Bütün çətinliklərə baxmayaraq onlar öz istəklərinə nail olurlar. Əlbəttə ki, həm də santanın köməyi ilə. Axı Milad möcüzələr bayramıdır.10




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir