Yeni il

Yeni ili Parisdə keçirmək Şamaxıda keçirməkdən ucuz başa gəlir – TƏZADLI QİYMƏTLƏR

Baxış sayı: 1. 242

Yeni ilin gəlişinə sayılı günlər qalıb. Azərbaycanlılar artıq bayramı necə, harada keçirəcəklərinə qərar veriblər, planlarını da qurublar. Amma bununla belə, bu günlərdə yerli işbazların ölkə əhalisi üçün təklif etdiyi bayram şərtlərini araşdırmışıq. Ortaya bir-birindən ilginc mənzərələr çıxıb. Öncə, təbii ki, hotellərdəki Yeni il qiymətlərini nəzərə çatdıraq.

 

“Samaxi Palace Sharadil” – iki nəfər üçün 1280 AZN tələb olunur. 31 dekabr -2 yanvar Qala gecəsi, şou olacaq. 6 yaşdan yuxarı uşaqlar üçün 200 manat ödəmək lazımdır.

“Şamaxı Palace Hotel”də 28 dekabr – 5 yanvar tarixlərində 2 nəfərin qonaqlaması 270 manat təşkil edir. Bu qiymətə səhər yeməyi də daxildir. Qeyd edək ki, hoteldə qonaqlama minimum 2 gecə olmalıdır. “Şamaxı Palace Hotel”də 31 dekabr -2 yanvar tarixlərində 2 nəfərin qonaqlama paketi 1315 manat təşkil edir. Bu qiymətə 3 dəfə qidalanma, Qala gecəsində şam yeməyi və konsert, Yeni il brançı, günorta yeməyi, uşaqlar üçün əyləncəli proqramlar daxildir.

“Quba Palace Hotel”: 31 dekabr- 1 yanvar tarixlərinə qiymət cədvəli:

Deluxe Dağ Mənzərəli Otaq (2 nəfərlik) – 1699 AZN

Deluxe Twin Dağ Mənzərəli Otaq (2 nəfərlik)- 1699 AZN

Deluxe Göl Mənzərəli Otaq (2 nəfərlik) – 1799 AZN

Deluxe Twin Göl Mənzərəli Otaq (2 nəfərlik)- 1799 AZN

Junior Suite (2 nəfərlik) – 1899 AZN

Honeymoon Suite (2 nəfərlik) – 1999 AZN

Family Suite (4 nəfərlik) – 2399 AZN

Manna Villa (2 nəfərlik) – 2199 AZN

Midiya Villa (6 nəfərlik) – 4199 AZN

Midiya Villa (6 nəfərlik) – 4199 AZN

Urmiya Villa (8 nəfərlik) – 5199 AZN

Atropatena Villa (8 nəfərlik) – 5199 AZN

Prezidential Suit – 11999 AZN

 

Şərtlər və qaydalar:

Qiymətlər geri qaytarılmayandır.

Qiymətə 2 nəfərlik səhər yeməyi, şam yeməyi və vergilər daxildir.

31 Dekabr -1 Yanvar tarixlərində minimal qonaqlama 2 gecədir.

31 Dekabr qiymətə əlavə olaraq nahar yeməyi daxildir.

 

“Cənnət Bağı Altıağac”

Cənnət Bağı Altıağac möhtəşəm yeni il şousu ilə qarşınızda olacaq! Yeni 2019-cu ili “Cənnət Bağı Altıağac” hotelində qarşılamağı qaçırmayın!

Tarix: 31.12.2018 – 02.01.2019

31 dekabr Yeni İl şou proqramı:

– Şaxta Baba və Qar qız;

– Veniamin şou;

– Robot şou;

– Şarlarla şou;

– Jonqlyor;

– Maraqlı viktorinalar və həiyyələr;

– Şən klounlar;

– Unudulmaz konsert proqramı;

– Rəqqasənin ifasında oriental rəqslər;

– DJ Khalida;

– Möhtəşəm Atəşfəşanlıq.

 

Qiymətlər (hər otaq növündə 1 nəfər üçün nəzərdə tutulub və 01.12.2018-ci il tarixinə qədər keçərlidir):

Family Room + (6 nəfərlik) – 309 AZN

Apartment Room (6 nəfərlik) – 309 AZN

Family Room (4 nəfərlik) – 319 AZN

Standard Room (2 nəfərlik) – 329 AZN

Superior Room (2 nəfərlik) – 339 AZN

Standard Cottage (2 nəfərlik) – 345 AZN

Wooden Cottage (2 nəfərlik) – 379 AZN

Duplex Wooden Cottage (2 nəfərlik) – 399 AZN

Qəbələdə Yeni İl bayramı ilə əlaqədar olaraq qiymətlər aşağıdakı kimidir.

“Qafqaz Riverside Hotel” 5*-277 manat

“Qafqaz Karvansaray Hotel”4* -173 manat

“Qafqaz Thermal and Spa Hotel”5* -209 manat

“Qafqaz 7 Gözəl Hotel”5* – 142 manat

“Qafqaz Kaspia Hotel”4* -105 manat

“Qafqaz Sport Hotel Gabala”5* -220 manat

“Qafqaz Resort Hotel”4* – 197 manat

Qeyd:

– Qiymətə səhər yeməyi daxildir

– Qiymətə Yeni il şou proqramı daxil deyil

 

“Park Challet”5*

Qusarda Şahdağın ətəyində yerləşən hotellərdən bir də Park Challet oteldir. Minimum 3 gecə qonaqlama şərtlə 28 dekabr – 5 yanvar tarixlərində 1 nəfərin 1 gecə səhər yeməyi daxil qonaqlaması 690 manat təşkil edir.

Adı çəkilən hoteldə 30 dekabr 2 yanvartarixlərində bir nəfərlik otaq 2300 manat, iki nəfərlik otaq isə 2700 manatadır. Bu zaman əlavə şam yeməyi 400 manat böyüklər üçün, 200 manat isə uşaqlar üçün olacaq.

“Sakit Göl Hotel” – Yeni il stolu 1000-1200 manat arasında dəyişir. 6 yaşa qədər olan uşağa bəzi xidmətlər pulsuzdur. 6-11 yaş üçün isə qiymət bir gün üçün 30 manatdır. 12 yaş uşaqlar üçün isə 60 manatdır.

“Marxal Resort & Spa” – iki nəfər üçün 1290 AZN xərcləmək lazımdır. Bu qiymətə şou və spa xidməti daxildir. 6 yaşlı uşaqlar üçün isə 234 AZN ödəmək lazımdır.

“Qafqaz Karvansaray Hotel” – iki nəfər üçün 709 AZN tələb olunur. Bu pula səhər yeməyi və 31 dekabr Qala gecəsi, şou daxildir. 3 yaşa qədər uşaqlar üçün pul tələb olunmur. 6 yaşa qədər uşaqlar üçün 54 manat ödəmək lazımdır. 6 yaşdan yuxarı uşaqlara 90 AZN, 12 yaşa qədər uşaqlar üçün isə 201 manat ödəmək lazımdır.

 

“Şahdağ Hotel”:

Mənzərə zalı:

Deluxe Room – 1348 AZN

Təranə zalı:

Deluxe Room – 1319 AZN

Miras zalı:

Deluxe Room – 1238 AZN

Amma bunlarla paralel, ölkə xaricində, avtobus turları da var. Bunlardan biri də TBİLİSİ- MTSXETA – BAKURİANİ (avtobus turu) turudur.

Tarix: 29.12.2018 – 02.01.2019 (3 gecə / 4 gün) ( Garden Hotel 3*

Qiymət 99 $.

Qiymətə daxildir :

Tur boyu xidmət göstərən transfer (VİP Avtobus)

Canlı musiqi , Diskoteka , Karaoke

Oteldə 3 gecə gecələmə

Qidalanma (səhər yeməyi)

Tiflis şəhər ekskursiyası

Bakurianidə gəzinti (Kanat yolu və xizək meydançası)

Mtsxeta gəzinti

Pulsuz fotosessiya

Belədçi xidməti

Kollektiv oyunlar

Yeni il QALA gecəsi ( əlavə 35 dollar)

Trabzon yeni il və shopping turu – 179 manat

 

Tarix: 29 dekabr – 1 yanvar (2 gecə/3 gün)

Qiymət:

Qiymətə daxildir:

Komfortlu nəqliyyat

Oteldə yerləşmə

Gündə 2 dəfə qidalanma (səhər və axşam)

Tur rəhbəri

Fotosessiya

30 və 31 dekabrda oteldə Yeni Il partisi

Shopping

Ekskursiyalar

 

Dünyada yeni ili daha çox bu ölkələrdə keçirirlər

Amma yeni il deyəndə dünyanın müxtəlif ölkələrinə getmək istəyənlərin sayı da çoxdur. Turistlərin bayramı keçirmək üçün ən çox axın etdikləri ölkələr hansılardır, bilirsizmi?

 

Nyu-York, Amerika

Hər il milyonlarla insan yeni ili qarşılamaq üçün Nyu- Yorka “Times Square”ya axın edir. Haqsız da sayılmazlar. Çünki hər tərəfi minlərlə kristal üçbucaq və işıqla dolu olan məşhur “Yeni il Topu”nun düşüş anı olduqca əyləncəli olur. Təbii ki, indiyə qədər aralarında Lady QaQa, Justin Bieber və Miley Cyrus kimi ulduzların verdiyi konsertləri də unutmamaq lazımdır.

 

Sidney, Avstraliya

Dünyada yeni ilə ilk girənlərdən olmaq üçün Sidneyə getməyə nə deyirsiz? Avstraliyanın əyləncə və mədəniyyət paytaxtı olan bu ezackar şəhər, Yeni ili Azərbaycandan 11 saat öncə qarşılayır. Yeni il şənliyi üçün tam 50-dən artıq qayıqdan atılan fişənglər, şəhərin simvollarından olan Sidney Opera binasının üzərində par-par parıldayır.

 

Berlin, Almaniya

Avropanın ən böyük açıq hava partisi hər il Berlində baş tutur. Burada görüşən milyona yaxın insan siz də qatılın, Brandenburg Qapısında gecə boyu məşhur qrupların və DJ-lərin performansları ilə coşmağa hazır olun. Brandenburg Qapısı Berlində görüləcək yerlərin başında gəlir.

 

Madrid, İspaniya

On minlərlə Madrid sakini yeni ildə öncə “Puerto del Sol” meydanında saatın qarşısında toplaşıb, yeni ildə şans gətirdiyinə inandıqları üçün 12 ədəd üzüm yeyirlər. Yerli rituallara siz də qoşularsız, bilmirəm. Amma şəhərin ən məşhur küçələrindən olan Gran Viada toplaşaraq göz alıcı hava fişəng şoularını izləyib səhərə qədər əylənə bilərsiniz.

 

Rio de Janeyro, Braziliya

Məşhur Rio karnavalından sonra şəhərin ən böyük diqqətçəkən tədbiri 31 dekabrda keçirilən bayram şənliyidir. Hər il milyona yaxın ziyarətçi, dəniz zövqü yaşayarkən canlı musiqi və hava fişəng şoularını da izləyə biləcəkləri Riodakı  Copacabana plyajına axın edir. Bütün gün davam edən əyləncələrin ardınca saatlar gecə yarısını göstərdiyi zaman qayıqlardan fırladılan hava fişəngləri göy üzünü bayrama çevirir.

 

Reykyavik, İslandiya

İslandiyanın kiçik paytaxtı Reykyavik Yeni ildə insan sayı baxımdan Nyu-York və Berlin kimi şəhərlərlə rəqabətə girə bilməsə də, rəngarəng hava fişəngləri nümayişinə görə digərlərindən heç nə ilə fərqlənmir. Üstəlik, ən təsiredici təbiət hadisələrindən olan cənub işıqları da arxa planda görünə bilir. Təbiət tətili keçirərək, möhtəşəm mənzərələr görə bilərsiiniz.

 

Paris, Fransa

Romantik tətillərin bir nömrəsi Paris, Yeni il qutlamaları deyiləndə ağla gələn ilk şəhərlərdən biridir. İstər “Eyfel” qülləsindəki göz qamaşdırıcı işıq şoularını izləyin, istərsəniz “Champs-Elysees”dəki küçə partisində parislilər isə sampan qədəhlərinin müşayiəti ilə, mahnılar və rəqslərlə yeni ilə girin.

 

Amsterdam, Hollandiya

Amsterdamda yeni ildə demək olar ki, hər küncdə bir küçə partisinə rast gələ bilərsiniz. Amma əgər daha böyük, daha təşkilatçılığı yüksək əyləncə istəyirsinizsə, istiqamətinizi Dam, Rembrandtplein, Nieuwmarkt və Museumplein kimi meydanlara çevirmək istəyəcəksiniz. Hava fişəngləri şoularını şəhərdəki körpülərin üzərindən izləyin və şouların ardınca səhərə qədər əylənmək üçün Amsterdamdakı saysız-hesabsız gecə klublarından birinə keçin.

 

Las Veqas, ABŞ

Las Veqas Amerikanın təkcə kazino mərkəzi deyil. Bu şəhərdə seçimləriniz olduqca çoxdur. Lazer şouları ilə dolu küçə partilərində insanlar əylənir, ya da otellərdə, kazinolardakı konsert, şoulardan birinə qatılırlar.

 

London, İngiltərə

İngiltərənin paytaxtında yeni ili qeyd etmək üçün ən yaxşı yer Tayms Çayının sahilləridir. Burada 250.000-dən artıq insana qoşularaq, London Eye və ətrafındakı nəfəs kəsici işıq şoularını izləyə bilərsiniz. Amma “yatmayan şəhər” adlandırılan Londonda əyləncə gecə ilə bitmir. Yeni ilin ilk günündə Piccadillidən Parlament Meydanına qədər davam edən bir yeni il yürüşü təşkil edilir.

 

Dubaylı Yeni il 660 manat, Moskva 1070, Paris 950 manat… – seçim sizin

Bəs azərbaycanlılar üçün bu şəhərlərin bəzilərində bayram keçirmək neçəyə başa gələ bilər.

Öncə Dubaydan başlayaq. Qiymət 660 manatdır.

 

30.12.2018-03.01.2019

“Al Salam Grand Hotel” 4*-388 dollar

“Al Jawhara Gardens Hotel” 4*-449 dollar

“Grand Central” 4*-494 dollar

“Fortune Grand Hotel Deira Dubai” 4*-503 dollar

“Ramee Rose Hotel” 4*-509 dollar

“Lotus Grand Hotel” 4*-519 dollar

“Omega Hotel” 4*-532 519 dollar

“Carlton Tower Hotel Dubai” 4*-540 dollar

“Avenue Hotel Dubai” 4*-554 dollar

“Goldstate Hotel” 4*-568 dollar

“Gulf Court Hotel Business Bay” 4*-587 dollar

“Grand Excelsior Hotel Bur Dubai” 4*-609 dollar

“City Seasons Hotel” 4*-630 dollar

Yeni il Moskva turu 30 dekabr (4gecə/5gün)

1070 manat

Praqada yeni il turu  – 1734 manat

Tailand – Yeni İl turu – 29 dekabr

Tarix: 29.12.2018-03.01.2019, 4+1 gecə

Qiymət: 1990 AZN

Daxildir:

Aviabilet (30kq baqaj) “Qatar Airways”

Hotel 3* 4 gecə

Səhər yeməyi

Daha bir Avropa turu da Avropanın bir neçə şəhərinə nəzərdə tutulub. Qiyməti 1,148 avrodur.

Milan-Strasburq-Paris-Brüssel -Amsterdam-Frankfurt-Münhen-Verona-Venesiya

—————-

28.12 – 11.01.2019

——————–

Tur qiymətinə daxildir:

3* hotellərdə yerləşmə

Səhər yeməyi

Bakı-Milan-Bakı Birbaşa uçuş (AZAL)

Aeroport-hotel-aeroport qrup transferi

rus dilli bələdçi ilə proqram üzrə transfer xidməti

rus dilli bələdçi ilə ekskursiyalar: Paris(2 saat), Brüssel( 2 saat), Amsterdam(2 saat),Milan(2 saat)

Qrup nümayəndəsi ilə gəzintilər: San-Marino,Frankfurt na Mayne, Münhen

——————

Tur qiymətinə daxil deyil:

Sığorta

Muzeylərə giriş biletləri

Viza

Bəs Misir? Yeni ili “Şarm Əl Şeyx”də keçirmək istəyənlər üçün də seçimlər var. Səyahətin müddəti: 26.12.2018-02.01.2019

6 gecə/ 7 gün

Luna Sharm 3* – 740 $

Panorama Naama Heights  4* – 760 $

Xperience Kiroseiz Premier  5*- 850 $

Yeni il Berlin turu, Almaniya,

669 avrodan başlayan qiymətlərlə.

Tur qiymətinə aviabilet daxildir.

Turun tarixi: 29.12.2018 – 05.01.2019

Turun müddəti: 4 gecə / 5 gün

Keçək Paris turuna. Yeni ili Parisdə qarşılamaq 950 manata başa gəlir.

Turun tarixi: 29.12.2018-05.01.2019 (7gecə/8 gün)

Tur qiymətinə daxildir:

Wizz airla 20% endirim. Kutaisi-Paris-Kutaisi

Hoteldə gecələmə

Qidalanma(Səhər yeməyi)

 

Səyahət sığortası

Sonda. Bir-birindən maraqlı seçimlər və təkliflər. Amma bayramı necə keçirmək təkcə insanın arzu və fantaziyalarından asılı olmur. Bank hesabı, pulqabının durumu da bu məsələdə mühüm əhəmiyyət kəsb edən detaldır. Biz sizə durumu yazdıq, nəticə çıxarmaq sizin işinizdir.

 

Sevinc TELMANQIZI




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir