yolka

Yeni İli restoranda, yoxsa qonşu ölkələrdə keçirmək sərfəlidir?

Baxış sayı: 923

2020-ci ilə sayılı günlər qaldıqca nüfuzlu restoranlar, şadlıq saraylarında Yeni İlə ciddi hazırlıqlar gedir. Artıq bir müddət əvvəldən bir çox restoranlar Yenil İl gecəsinə özəl şou proqram təklif edir. Bəs, qiymətlər necədir?

Məsələ ilə bağlı bir neçə restoranlar əlaqə saxlayıb, qiymətləri öyrənməyə çalışdıq.

“Dan ulduzu” restoranın Cavanşir adlı əməkdaşı qeyd etdi ki, Yeni İl gecəsi ilə  bağlı xüsusi proqramları var. Bu proqramda Şaxta Baba, Qar Qız həmçinin müğənnilər olacaq. Artıq bununla bağlı 70 manata biletlər də satılır:

“Biletlər artıq satılır. Lakin ayın 28-dən sonra ola bilər ki, biletlər çox satılsın və qiymət baxımından endirim edək. Lakin hələ ki, qiymət 70 manatdır”.

Sofiya restoranı – administrator qeyd etdi ki, qiymətlər 80-120 manat civarında dəyişir: “ununla belə bildirim ki, 5 yaşına qədər uşaqlar üçün pulsuz, 5-10 yaşlı uşaqlar üçün 50 faiz güzəşt var. Şou proqrama gəldikdə isə hər zamankı kimi bu dəfə də proqramda bayram atributları və müğənnilər olacaq. Hələ ki, qiymətlərdə heç bir endirim gözlənilmir”.

“Niaqara” restoranın Vüqar adlı administratoru isə qiymətləri bu cür açıqladı: “Bizdə Yeni İl gecəsi şou-proqrama qatılmaq istəyənlərə bir nəfər üçün 200-250 manat tələb olunur. 6 yaşına qədər uşaqlar üçün menyu pulsuz, 6-12 yaşlı uşaqlar üçün 50 faiz endirim olur. Şou Proqrama gəldikdə isə hər zaman olduğu kimi bu dəfə də tanınmış müğənnilər gecədə iştirak edəcək, rəngarəng şou nümayiş olunacaq”.

Digər restoranların da qiymətlərini araşdıranda məlum oldu ki, “Sapfir”, “Grand Opera” restoranlarında da Yeni İl gecəsi şou proqram üçün 250-450 manat, “Lido” restoranı 170 manat, “Piano” restoranı 90 manat tələb edir.

Beləliklə belə məlum olur ki, paytaxt Bakıda Yeni İli restoranlardan qarşılamaq istəyən ailələr orta hesabla 500-1000 manatlarından keçməlidir. Buna isə çoxları razı olmur və daha sərfəli olduğu üçün Gürcüstana üz tutacaqlarını qeyd edirlər.

Mövzu ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli “Yeni Müsavat”a danışıb: “Hər il bu mövzu təkrarlanır lakin bunun çözümü ilə bağlı bir irəliləyiş əldə olunmur. Beləliklə, hər il yeni il qabağı restoranlarda qiymət bahalığının şahidin oluruq. Bu tək Bakıda deyil, regionlarda da müşahidə olunmaqdadır. Belə ki, regionlarda lüks restoranlarda qiymətlər daha bahadır. Regionlarda bəzi otellər var ki, 2 gecəlik qiymət 3000 manatdır, bu da kifayət qədər bahadır. Ona görə də bir çox insanlar hətta avtomobildən istifadə edərək Gürcüstana səfər edir. Bununla da Gürcüstana getmək adambaşına 15-20 manata, 4 nəfərli ailə üçün maksimum 80 manata başa gəlir. Geri qayıtmağı da qeyd etsək, ümumilikdə 160-180 manata başa gəlir. Gürcüstanda 2 gecə qalmaq, əyləncəli Yeni İl gecəsi keçirmək maksimum 300-400 dollara başa gəlir.

Bu da təbii olaraq bəzi insanlarda belə bir fikir yaradır ki, Bakıda restoranda bir gecəyə 1000 manat verməkdənsə ailəlikcə Gürcüstanda keçirmək daha əyləncəli olur. Həm də Yeni İli xarici ölkədə keçirmək prestiji də var.

Azərbaycanda çoxlu sayda restoranların sayı kifayət qədər olmasına baxmayaraq rəqabətlik mühiti yoxdur. Bu cür bayramlarda daha bahalı qiymətlərlə rastlaşırıq nə nəticədə qonşu ölkələr seçilir. Beləliklə qiymətlər baha olduqca hər il eyni məsələni müzakirə etməli olacağıq”.

 

Xalidə Gəray




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir