246_britney-spears-charlie-ebersol (1)

Yenicə boşanan məşhurlar – SİYAHI – FOTOLAR

Baxış sayı: 1. 380

Son aylar bəzi məşhurlar boşanmaları ilə gündəmə gəliblər.

Xüsusilə, Hollivudda məşhur cütlüklərin ayrılması bir müddət müzakirə obyekti oldu.

“Gencaile.az” Axşam.az-a istinadən sizə bu yaxınlarda ayrılan və boşanan cütlüklərin siyahısını və ayrılma səbəblərini təqdim edir.

Ben Afflek və Cennifer Qarner – 10 ildir evli olan cütlüyün ayrılma xəbəri iyunun 30-da yayılıb. Deyilənlərə görə, bir müddətdir Cenniferdən ayrı yaşayan Afflek həyat yoldaşına xəyanət edib.

Şarliz Teron və Şon Penn – Bu cütlüyün ayrılması hər kəsi təəccübləndirdi. Bir müddət əvvəl Şon Şarlizin ondan əvvəlki evlilikdən olan uşaqlarını qanuni şəkildə öz himayəsinə götürmək istəyirdi. Aktrisa isə yeni uşaqlarının olmasını istədiyini demişdi. Lakin keçən ay onlar ayrılmaq qərarına gəldilər. Səbəb isə Ş.Pennin rejissor, Ş.Teronun isə aktrisa kimi çəkildiyi “Sonuncu üz” filminin çəkiliş meydançasında yaranıb… Media “ailənin içinə işin girməsini” bir səhv olduğunu yazıb. Onlar il yarım idi ki, bir yerdə idilər.

Bleyk Şelton və Miranda Lambert – 4 ildir evli olan musiqiçilər bu yaxınlarda ayrılıblar. Səbəb isə Bleykin alkoqol asılılığı və gecə həyatı olub. Miranda ana olmaq istəsə də, heç cür ərini razı sala bilmirmiş. Ayrıldıqdan sonra Miranda konsertlərinin birində səhnədə ağlayıb.

Keyt Moss və Ceymi Hins – Onların ayrılmasına isə Keytin qısqanclığı səbəb olub.

Britni Spirs və Çarli Eborsol – Səbəb məlum olmasa da, 8 aydır sevgili olan cütlük artıq ayrılıb.

Siena Miller və Tom Starric – ayrılsalar da bu yaxınlarda 3 yaşlı qızları ilə İbizada istirahət edərkən görüntüləniblər.

Yeşim Salkım və Hakan Eratik – 2009-cu ildə ailə quran müğənni Y.Salkımla aktyor H.Eratikin Ada, Yeşimin ilk nikahından isə Gizem adlı bir qızı var. Onlar boşansalar da qızlarına görə dost münasibətlərini saxlayıblar. Bu yaxınlarda qızları üçün alış-veriş edərkən görünüblər.

Özge Uzun və Volkan Üst –  Türkiyənin tanınmış aparıcısı Özge Uzun 10 illik ailə həyatından sonra Volkan Üstdən qarşılıqlı razılaşma əsasında boşanıb. Cütlüyün bir oğlu və bir qızı var.

Naz Elmas və Emre Kıramer – Aktrisa bu ilin əvvəlində ailə qurduğu həyat yoldaşından boşanıb. Ayrılıqdan sonra depresiyaya düşən Naz bir müddətdir ki, evdən çölə çıxmır.

Qvinet Peltrou və Kris Martin – Aktrisa musiqiçi həyat yoldaşı ilə bu il rəsmi şəkildə ayrılıb. Keçən ilin sonunda başlayan boşanma prosesi, nəhayət, yekunlaşıb. Qeyd edək ki, 2003-cü ildə ailə quran 41 yaşlı Peltrou ilə 37 yaşlı Martinin Apple və Moses adlı iki uşağı var




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir