intihar

Yeniyetmə və gəncləri intihara sövq edən nədir? – MÜTƏXƏSSİS YANAŞMASI

Baxış sayı: 738

Son bir həftədir ki, ölkədə intihar edənlərin sayının artdığı müşahidə olunur. Mətbuatda, eləcə də sosial şəbəkələrdə gün ərzində intihar hadisəsinin baş verdiyi haqda informasiyalara rast gəlinir. Xüsusən gənclərin intihara əl atması da diqqətdən yayınmır. Bəs intiharların sayını artıran səbəblər nədir?

Psixoloq Aida Namazova bildirir ki, özünəqəsd halları bütün dövrlərdə və bütün yaş hədlərində aktual olub. Təəssüf ki, son vaxtlar bu mənfi hal uşaq, yeniyetmə və gənclər arasında da artamaqda davam edir. O, bunun ilkin səbəbini televiziya kanallarında qorxulu cizgi filmlərin, aqressiya nümayiş etdirən filmlərin, cinayət verilişlərinin yayımlanmasında görür: “Bu kimi nümayişlərdə müəyyən davranışların olması, aqressiv səhnələrin göstərilməsi insanı intihara daha da vadar edir”.

Psixoloqun fikrincə, ailələrdə harmonik mühitin pozulması, ailədaxili münaqişələrin çoxalması da buna zəmin yaradan amillərdən biridir: “Eyni zamanda, uşaqların bir-birinə qarşı münasibətləri, özlərini yaşıdlarıyla müqayisə məsələləri, “onda olan məndə yoxdur” kimi şeylər də onlara mənfi təsir göstərir”.

Müsahibimiz vurğulayır ki, yeniyetmə və gəncləri intihara sövq edən səbəblərdən biri də uğursuz sevgi münasibətləridir.

 

Təqdim etdi: Aydan Kərimli




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir