azer bagirov

Yeniyetməlikdə psixoloji problemlər – “SEANS VAXTI”

Baxış sayı: 381

“Gencaile.az” saytı bu gündən etibarən yeni rubrikaya start verir. Psixiatr, Uzman Həkim Azər Bağırovun təqdimatında “Seans vaxtı” adı ilə oxucularımızın görüşünə gələcək sözügedən rubrikada daha çox insan psixologiyası ilə bağlı yazılar yayımlanacaq. Beləliklə, rubrikamızın ilk yazısı  yeniyetməlikdə psixoloji problemlər haqqındadır.

azer bagirov

Yeniyetməlik puberte(cinsi yetişkinlik) ilə leqal yetişkinlik arasındakı dönəm (12-19y) hesab edilir. Baş verən dəyişikliklərin sürətinə görə çox qısa bir dönəmdir və çox vaxt təlatümlü keçir.

Son 100 ildə cinsi yetişkinlik nisbətən daha erkən yaşlarda başlayır, ancaq leqal müstəqillik (içmə, evlənmə, səs vermə) eyni qalır və ölkədən ölkəyə dəyişkənlik göstərir.

Eyni zamanda, işə qəbul ilə əlaqəli daha çox təhsilli işçi tələb etdikləri üçün təhsil alma müddəti və valideyinlərdən asılılıq illəri də gedərək uzanır.

Bu da seksual və sosial yetişmə arasında boşluq yaranmasına səbəb olur.

Dünyamızda valideynlərin beynindəki yeniyetmelik yaşları daha irəli yaşlara çəkilib və bu da həm yeniyetmələrin özləri üçün, həm də ümumilikdə cəmiyyət üçün çətinlik yaratmaqdadır

Yeniyetməlik dönəmində önəmli neyronal dəyişikliklər də baş verir. Bu inkişaf  hormonal dəyişikliklərlə əlaqələndirilsə də, tək səbəb olaraq bunu göstərmək olmaz.

Dramatik dəyişiklərin olduğu əsas beyin mərkəzləri:

Limbic sistem: Zövq alma, mükafatlandırma, emosional requlyasiya və yuxu oyanıqlıq requlyasiyasından sorumlu mərkəzdir.

Prefrontal kortex:  Eksekyutiv funksiya dediyimiz qərar vermə, orqanizasiya etmə, impuls kontrolu, gələcəklə əlaqəli plan qurma kimi funksiyaları yerinə gətirir

Limbic sistemdeki dəyişikliklər Prefrontal korteksdə olandan daha tez başlayır və daha sürətlidir. Yeniyetmənin emosional və davranışsal qeyri stabilliyi bununla əlaqələndirilir.

Ancaq ümumilikdə ikinci dekaddan sonra yeniyetmə daha güçlü əsaslandırma, səbəb-nəticə əlaqəsi qurma, məntiq qurma, və əxlaqi düşünmə qabiliyyətini inkişaf etdirir. Abstrakt düşünməsi artır və daha rasyonal qərarlar verməyə başlayır.

Yenyetmənin ətraf mühitində baş verən dəyişikliklər yeniyetmənin iç hormonal dəyişikliklərindən həm təsirlənir, həm də təsir edir.

Statistik olaraq yeniyetmələrin 1/5 də psixiatrik pozuntu görülür. Uşaqlıqdan yeniyetməliyə doğru depressiya, panik pozuntu, agarafobiya və narkotik vasitə asılılığında artış görülür. Uşaqlıq dönəminin sıx rastlanan xəstəlikləri olan ayrılma təşvişi (separation anxiety) və diqqət əksikliyi və hiperaktivitə pozuntusunda isə azalma görülür.

Yeniyetmlərdə depressiya

Yeniyetmələrdə davranış pozuntusu

Qarşı olma qarşı gəlmə pozuntusu

Yemə pozuntusu

Anoreksiya nervoza

Bulimia nervoza

Yeniyetmələrdə qəzəb və şiddət davranışları

Yeniyetmələrdə intihar

Obsesiv kompulsiv pozuntu

Alkaqol, nikotin, narkotik vasitə istifadəsi və asılılığı yeniyetmələrdə ən çox qarşımıza çıxan psixiatrik pozuntulardır

Bipolar xəstəlik, Şizofreniya (prodromal əlamətləri), Sosial fobia,Diyər orqanik olmayan psixozlar yeniyetməlik yaşında yavaş yavaş başlayıb, daha sonrakı yaşlarda əlamətləri ortaya çıxan psixiatrik xəstəliklərdir




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir