qizil

Yer üzündən nələr tamamilə silinəcək?

Baxış sayı: 404

Son bir neçə yüzillikdə insanlar məsuliyyət və qənaətçil olmaq baxımından nümunəvi göstəriciyə sahib olmayıblar. Biz bir çox müxtəlif resursları tükədərək onlardan məhrum olmaq təhlükəsi ilə üzü- üzə qalmışıq. Gəlin gələcəkdə Yer üzündən silinəcək vasitələr ilə tanış olaq.

 

Qızıl

Bəzək əşyası hazırlamaq üçün qızıl əvəzolunmaz sərvətdir. Bu vasitə Yer üzündə yeganə nadir kimyəvi elementdir ki, min ton süxurdan üç qram qızıl əldə etmək olur.

Analitiklərin sözlərinə görə, 20 ildən sonra məşhur qızıl yataqları tükənəcək və onun qiyməti əlçatmaz olacaq. Hazırda qızılın bir qramı 47 dollar dəyərindədir. Bir neçə ölkələrin iqtisadiyyatı qızıl əldə etməklə formalaşır. Ekspertlərin qiymətləndirmələrinə görə, qızılın qiyməti minimum on dəfə artacaq. Bu, təkcə qızıl çıxaranlara, zərgərlər və varlılara təsir etməyəcək, bu, həmçinin qızıl məzənnəsi ilə yaxından əlaqəsi olan dünya iqtisadiyyatına da öz təsirini göstərəcək.

 

İşləyən antibiotiklər

Tibb günü – gündən inkişaf edir. Artıq orqan nəqli, xüsusi vaksinlər və hətta bəzi xəstəliklərin kökünün kəsilməsi mümkün olub. Bəs bizi geri salan nə ola bilər?

Antibiotiklər qeyri – effektli olmağa başlayıblar.

ABŞ əhalisinin yarısından çoxu minimum ildə bir dəfə antibiotik qəbul edir. Lakin mikroorqanizmlərin təkamülü yerində durmur və bakteriyalar yüksək sürətlə antibiotiklərlə mübarizə aparmağa cəhd göstərir. Bir – birinin ardınca on illərlə təyin olunan preparatlar qeyri – effektli olmağa başlayıblar.

Hazırda üç yeni dərman namizədi hazırlanır və gələcəkdə bu dərmanların köməyi ilə xəstəlik törədən bakteriyalarla mübarizə aparmaq mümkün olacaq.

 

Şokolad

Kakao ağacının istehsalı çətin əmək tələb edir və tropik ölkələrdə fermerlər gün ərzində demək olar ki, yarım dollar pula çalışırlar. Kakao ağacı tükənməyəcək, lakin şokolad istehsal etmək heç də sərf etmir.

Hər bir kakao ağacı beş ildən bir məhsul verir və onlara qulluq etmək çox çətindir. Buna görə də şokolad istehsalı bahalı istehsal hesab olunur.

Faktiki olaraq kakao ağacının 70 % i Qərb ölkələrində istehsal olunur. İldə üç milyon ton kakao ağacının istehsalı Qərb ölkələrinin payına düşür. Bu kəmiyyət çox nəzərə çarpır, lakin təkcə Şimali Amerika əhalisi ildə 1,3 milyon ton şokolad istifadə edir.

 

Balıq

Hər il balıqçılar okeandan 1,7 trilyon balıq tutur. Ekspertlərin fikirlərinə görə, əgər balıq əldə etmək sürəti aşağı salınmasa 2048 – ci ilə qədər dəniz məhsulları tamamilə tükənə bilər. Bu, çox böyük məsələdir.

Balıqların tükənməsi təkcə balıq tutanlardan asılı deyil, həmçinin dənizin çirklədilməsi və okeanda suyun temperaturunun qalxması balıqların nəslinin tükənməsinə gətirib çıxarır.

 

Fosfor

Çox güman ki, bir çoxlarının fosforun xassəsindən xəbəri var, lakin inanın ki, əgər o tükənsə siz darıxacaqsınız. Fosfor – Yer üzərində olan bütün canlı orqanizmlərin vacib komponentlərindən biridir. Fosfor hüceyrə membranlarının, sümüklərin, dişlərin və .s ayrılmaz hissəsi hesab olunur. Minerallardan alınan elementin 99 % i gübrə istehsalına gedir. Alimlərin ehtimalına görə, 30 ildən sonra fosfat gübrələrinin istehsalı xammal çatışmazlığından sürətlə aşağı enəcək.

Artan nəslə çoxlu tərəvəz, ət və öz növbəsində gübrə lazımdır. Buna görə də bütün dünyada alimlər bu göstərilən məsələyə çarə tapmağa çalışırlar.

 

Şirin su

Məlum olduğu kimi, Yer kürəsinin üçdə bir hissəsini su təşkil edir. Bununla yanaşı, suyun yalnız 4 % i içmək üçün yararlıdır və milyarddan çox insan içməli su mənbəyinə çata bilmir. Bundan başqa, qlobal istiləşmə quraqlığın daha da artmasına səbəb olur.

Əsrin əvvəllərində ABŞ – ın bir hissəsində “qeyri – adi quru hava” şəraiti qeydə alınmışdı, lakin 2012 – ci ildə isə ABŞ-ın artıq yarısında quruluq əlamətləri özünü büruzə verməyə başladı. Həyatın istənilən sahəsi su ilə əlaqəlidir – kənd təsərrüfatından tutmuş smartfonların istehsalına qədər. Dünyada baş verən su böhranı bəşəriyyət qarışısında dayanan ən mühüm məsələlərdən biridir.

 

Könül Əliyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir