Garden fresh jerusalem artichokes in a stainless steel colander, some cut on a cutting board in the background. Helianthus tuberosus.

Yeralması xanımları necə gözəlləşdirə bilər?

Baxış sayı: 1. 660

Qadınlar gözəlləşmək, sağlam olmaq üçün çoxlu araşdırma aparır, nə xeyirlidirsə onu özü üçün mənimsəyir. Bu səbəbdən yanından laqeydcəsinə ötüb keçməyəcəyiniz, sağlamlıqdan tutmuş gözəlliyə qədər min bir dərdin dərmanı – yeralmasından bəhs edən yazını oxumaq bütün xanımlar üçün maraqlı olar.

Yeralmasının kökü çoxlu sayda vitamin və faydalı elementlərlə zəngindir. Tərkibindəki A, B1, B2, B6, C, PP, insulin, fruktoza, zülal, yağlar, aminturşuları, sink, kalsium, natrium və xrom kimi mikroelementlər bizə sağlamlıq, gözəllik bəxş edir. Belə ki, müntəzəm olaraq yeralması yeyən insanların sağlam dişləri, möhkəm dırnaqları, gur saçları, sakit əsəbləri və rahat yuxusu olur. Eyni zamanda da immuniteti möhkəmləndirdiyi üçün qrip və soyuqdəymə halları ilə də qarşılaşmazlar. Dad baxımından şirin kələmin özəyini xatırladır. Müalicəvi xüsusiyyətə malik olan bu bitkini salatların tərkibində istifadə etmək, kartof kimi qızartmaq, duza qoymaq və marinad etmək də mümkündür.

Yeralması cildi təravətləndirir, canlandırır, cavanlaşdırır və qırışları yox edir

 

Qırışlara qarşı maska

2 ədəd yeralmasını yuyub, sürtgəcdən keçirib üzərinə ½ ç.q. bal əlavə edib qarışdır. Dəriyə çəkib 20 dəqiqə gözlə. Əvvəlcə ilıq sonra isə soyuq su ilə üzü yumaq lazımdır.

 

Quru dəri üçün maska

2 ədəd yeralmasını yuyub, sürtgəcdən keçirib üzərinə ½ ç.q. zeytun yağı əlavə edib üzə çəkirsən. 20 dəqiqə saxlayıb üzünü dəmlənmiş yaşıl çayla yuyun. 10 gün sonra isə nəticəni görmək mümkündür. Dəri yumşaq və elastik olacaq, 20 gündən sonra isə qırışlar azalacaq.

 

Saçlar üçün dəmləmə

Saçları yuduqdan sonra yeralmasından hazırlanmış dəmləmə ilə yaxalamaq xeyirlidir. 3-4 x.q. yeralması yarpağının üzərinə 1 litr qaynar su əlavə edib, 40 dəqiqə çay dəsmalına büküb saxla. Yuyulmuş saçlarını bu dəmləmə ilə yaxala. Nəticədə saçların yumşalacaq və ipək kimi olacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir