yerfistigi

Yerfıstığının İNANILMAZ FAYDALARI

Baxış sayı: 1. 043

Çərəz olaraq istifadə edilən, eyni zamanda şirniyyatlara xüsusi ləzzət qatan yerfıstığının faydaları saymaqla bitməz.

“Gencaile.az” xəbər verir ki, elmi adı “Arachis Hypogea” olan yerfıstığı dünya miqyasında nadir formada çiy yeyilir. Əksər insanlar bu çərəzi qovrulmuş və duzlanmış formada sevir.

Ana vətəni Cənubi Amerika olan, lakin artıq dünyanın bir çox ölkələrində geniş şəkildə becərilən yerfıstığı B qrupu vitaminləri, fosfor, maqnezium, kalium və mineral baxımından olduqca zəngindir. 100 qr yerfıstığında 26 qr protein var.

 

FAYDALARI

Mədə və mədəaltı vəzi xərçənginin müalicəsində yerfıstığının əvəzolunmaz rolu var. Tərkibindəki polifenolik turşular sinirlərin sağlamlığı üçün faydalıdır. Buna görə də sinirlə bağlı bütün xəstəliklərə qarşı qalxandır. Altsheymer bunlardan biridir.

Protein və amin turşuları sayəsində orqanizmin normal və sağlam böyüməsinə yardımçı olur.

Qlisemik indeksi 14, qlisemik faizi 1-dir. Buna görə də qan dövranında şəkərin sovrulmasını azaldır.

Toxumunda bol miqdarda riboflavin, tiamin və E vitamini var.

Yüksək miqdarda yağlıdır və bu yağ orqanizm üçün faydalıdır.

Tərkibində kalium, maqnezium, mis, kalsium, dəmir, selenium və sink kimi orqanizm üçün əhəmiyyətli vitaminlər var.

 

HƏFTƏDƏ ƏN AZ 4 DƏFƏ

Nizamlı və eyni miqdarda yerfıstığı yesəniz, ürək və damarların sağlamlığı üçün lazım olan mineralları əldə etmiş olarsınız. Həftədə ən az 4 dəfə bir ovuc dolusu yerfıstığı yemək məsləhətdir.

 

QİDA DƏYƏRİ

100 qramında 567 kalori var. 7%-i sudan ibarətdir.

25,8 qr protein

16,1 qr karbohidrat

4,7 qr şəkər

8,5 qr lif

49,2 qr yağ

6,28 qr doymuş yağ

24,43 qr doymamış yağ

15,56 qr çoxlu doymamış yağ

15,56 qr Omeqa-6

 

ZƏRƏRİ

Həddən artıq və kor-koranə şəkildə qəbul edilməsi xolesterinin yüksəlməsinə səbəb ola bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir