usaq

Yetkinlik dövründə uşaqlarla necə davranmalı?

Baxış sayı: 217

15 yaşlı bir uşağın “Bu gün evə gec gələ bilərəm” sözünə qarşı ananın ilk reaksiyası “Deyəsən böyümüsən, evə gec gəlməkdən danışırsan” olur. Başqa bir gün isə uşağının kompüterdə oyun oynadığını görən ana bu dəfə: “Kompüterdə oyun oynayırsan, elə bil uşaqsan”, – deyir. Bu və buna bənzər reaksiyalarla qarşılaşan uşaq tədricən bu vəziyyətdən narahat olmağa başlayır və iki yol arasında qalan uşaq təbii olaraq, etirazını bildirməkdən də çəkinmir. Üstəlik, bu cür hallar daha çox yetkinlik dövrünün ilk illərində baş verir.

Əslində, yetkinlik dövrünü böyüklüklə kiçiklik arasında bir keçid dövrü də adlandırmaq olar. Ona görə də, xüsusilə, ilk illərdə istər uşaq, istərsə də ailəsi müəyyən qarışıqlıqlar yaşayırlar. Buna əsas səbəb isə həm valideynlərin uşaqdan nə tələb etməli olduqlarını bilməməsi, həm də uşağın bir gün özünü böyük kimi hiss etdiyi halda, o biri gün uşaqlıq dövrünə qayıtmaq istəməsidir.

Bəlkə, doğrudan da, böyükdür?..

Yetkinlik dövrünü başqa cür gələcəyə hazırlıq dövrü də adlandırmaq olar. Buna görə də, valideynlər məsələyə təkcə böyüklük və ya kiçiklik kimi baxmamalıdırlar, əksinə, bu dövrü uşağın həm özü, həm də həyatla tanışlıq dövrü kimi qəbul etməlidirlər. Buna görə də, valideynlər, ilk növbədə, uşaqlarının yaş dövrünü nəzərə almalı, ancaq bundan sonra “Mən uşağımdan nə tələb edə bilərəm?” sualına cavab verməlidirlər. Məsələn, 11 yaşı olan bir uşaq qonaqlarını qəbul etmək üçün anasının köməyinə ehtiyac hiss etdiyi halda, 18 yaşı olanda bu köməksiz də keçinə bilər. Buna görə də, valideynlər hər yaşın öz tələbi olduğunu unutmamalı və uşaqlarından bir şey tələb etmək üçün tələsməməlidirlər.

 

Böyümək nədir?

VALIDEYN

1)Uşaqlara görə:

Bu yaşda olan uşaqlar böyüməyi daha çox azadlıq imkanlarının artması kimi qiymətləndirirlər. “Artıq evə gec də gedə bilərəm”, “Hər şey üçün icazə almağa ehtiyac yoxdur”, “Nə yeyəcəyimə, nə geyəcəyimə özüm qərar verə bilərəm” kimi cümlələrlə əslində böyüdüklərini sübut etməyə çalışırlar. Hər hansı bir maneə ilə qarşılaşdıqda isə əks-reaksiya göstərirlər. Ancaq nə yazıq ki, onlar azadlıqları artdığı kimi, məsuliyyətlərinin də artdığını unudurlar. Məsələn, dərs hazırlamaq məsuliyyəti, otağını yığışdırmaq məsuliyyəti, ev işlərinə kömək etmək məsuliyyəti və s…

 

2) Valideynlərə görə:

Yuxarıdakı fikirlərin əksinə olaraq, valideynlər uşaqları nə qədər böyüyürlərsə-böyüsünlər, onları uşaq kimi görürlər. Valideynlərin uşaqlarını həmişə nəzarət altında saxlamağa çalışmaları da buna görədir. Bu isə yetkinlik yaşına çatmış bir uşaq üçün azadlıq imkanlarını azaltmaq deməkdir. Başqa sözlə, uşağa görə böyümək azadlıqların artmasıdırsa, valideynə görə böyümək məsuliyyətlərin artmasıdır.

Ailə Həkimi-Reproduktiv Sağlamlıq (oğlanlarda)

Nə etməli?

– Hər dəfə “Otağın səliqəsizdir” deyə şikayət etmək əvəzinə bu məsələ ilə bağlı fikirlərinizi şirin bir söhbət şəraitində ifadə etməli və uşağının da fikirlərini nəzərə alaraq ortaq məxrəcə gəlməlisiniz.

– Uşağınıza yaş dövrlərinə görə azadlıq sahələri müəyyən edin. Əks halda, uşağınız bu sahələri özü müəyyən edəcək, bu isə valideyn-uşaq dialoqunda yeni ziddiyyətlərin meydana gəlməsinə səbəb olacaq.

– Hər şeyi yüksək səviyyədə tələb etməyin və ən əsası ən kiçik bir irəliləyişi belə qiymətləndirməyi unutmayın.