Yeyib kökəlməməyin sirri

Baxış sayı: 1. 937

Yəqin, sizin də ətrafınızda çox yeməyinə baxmayaraq, kökəlməyən, daim eyni çəkidə qalan, hətta arıqlıqdan şikayət edən tanıdıqlarınız var. Bəs, onların bunu necə bacardıqlarını heç düşünmüsünüz?

Çox yeyib kökəlməyən insanların sirrini ingilis alimlər araşdırıb.

Araşdırmanın nəticələrinə görə, bəzi insanların kökəlməyə meylli olmamalarının səbəbi onların qanlarındakı şəkər səviyyəsinin qidalara fərqli reaksiya verməsidir.

Alimlər bildirib ki, pəhriz zamanı əsasən qlisemik indeksi aşağı olan meyvə-tərəvəz kimi qidalar yemək məsləhətdir. Halbuki, qidaların təsiri insandan-insana dəyişir. Belə ki, bəziləri makoron yeyib arıqlaya bildiyi halda, digərlərini pomidor belə kökəldə bilər.

800 könüllünün iştirak etdiyi araşdırma zamanı sağlam qidaların da insanı kökəldə biləcəyi və əksinə, kökəlməyə səbəb olduğu deyilən un məmumlatlarının və ya yağlı qidaların arıqlamağa xidmət edə biləcəyi müəyyənləşdirilib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir