metro

Yolda itirdiyimiz vaxtdan necə istifadə edək? – 5 TÖVSİYƏ

Baxış sayı: 1. 308

Heç kimə sirr deyil ki, hər gün səhər və axşam evlə iş arasında müəyyən zaman sərf edirik. İşə çatana qədər sərf etdiyimiz zamandan məmnunluq və fayda ilə yararlandıqda bütün iş günü məhsuldar keçər. Bəs bu zaman kəsiyi ərzində gününüzü daha faydalı etmək üçün nələr edə bilərsiniz?

 

Motivasiya edici bir şeylər dinləyin

Podcastlar yaxud audiokitablar, sevimli mahnı və yaxud radio – əhvalınızı yüksəldən amili təyin edin və daha sonradan işə başlamaq da asan olacaq. Əgər fəaliyyətiniz yaradıcılıq ilə bağlıdırsa, konkret məşğulluq sahəniz üçün motivasiya mənbələri axtarın. Nə seçməyinizdən asılı olmayaraq, işə çatana qədər zaman məmnunluq hissi ilə müşayiət olunarsa, bu məhsuldar günün zəmanəti olar.

Şirkət məlumatlarını oxuyun

Heç də həmişə şirkətin daxili sənədlərini və yaxud digər şöbələrdən göndərilən məlumatları oxumağa vaxt olmur. Bəs nəyə görə bunu nəqliyyatda etməyəsiniz? Bununla zamana qənaət etməklə yanaşı, uzun müddətdir təxirə saldığınız işi yerinə yetirmiş olarsız.

Görəcəyiniz işlərin siyahısını tərtib edin 

Bu gün kimlərlə əlaqəli saxlamalısınız? İlk növbədə hansı tapşırığa diqqət yönəltməlisiniz? Hansı məsələ hələ gözləyə bilər? Əvvəlcədən tərtib edilmiş iş siyahısı gün ərzində vaxt və əsəblərinizə qənaət etmiş olacaq. İşə çatarkən siyahıdakı ilk işə köklənərək çalışmağa başlaya bilərsiniz. Əgər sükan arxasındasınızsa belə bir siyahını diktə etmək mümkün olan tətbiqetmələrdən istifadə edin.

 Özünüzə narahat olmaq imkanı verin

Qarşıda yaşayacağınız gün stress və həyəcan yaşadırsa (uzun yol isə vəziyyətinizi daha da pisləşdirirsə) sadəcə olaraq narahat olmaq üçün 5-10 dəqiqə zaman ayırın. Bununla həyəcan sizi yox, siz həyəcanı tənzimləmiş olacaqsınız. Narahatlığın sizi tam olaraq əhatə etməsinə icazə verin, bu müddət başa çatdıqda isə başqa bir işlə məşğul olun.

Nailiyyətlərinizi yazın

Daimi iş dövriyyəsi zamanı adətən öz kiçik uğurlarımızı unuduruq. Sonra isə bizə elə gəlir ki, gün ərzində heç nəyə nail olmamışıq. Dünən hansı tapşırıqları uğurla icra etdiyinizi, hansı kiçik nailiyyətlərin sizi sevindirdiyini xatırlayın və onları bir kənara qeyd edin. Bu sizi yeni nailiyyət və uğurlar üçün motivasiya edəcək.

yol

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir