yolka tortu

“Yolka tort”: belə hazırlayın – “Yeməyə nə var?”

Baxış sayı: 901

Artıq sabah 2019-cu ilin sonuncu gününü yaşayacağıq. Təbii ki, ilin sonuncu günü həm də yeni il bayramının qeyd olunması ilə əlamətdar olur. Bayram günündə isə xanımlar adi günlərdən daha fərqli süfrə açmağa çalışırlar. Məhz bu səbəbdən “Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında “Yolka tort”un hazırlanmasından bəhs edəcəyik.

 

Ərzaqlar:

500 q xırda bişirilmiş ekler (hazır satılır), 1 banka qatılaşdırılmış süd, 200 q kərə yağı, 1 paket vanilin və üstünü bəzəmək üçün bəzəklər.

 

Hazırlanması:

Kremi hazırlamaq üçün yağı mikserlə çalırıq. Sonra qatılaşdırılmış südü və vanilini əlavə edib bərkiyib tam qarışanadək çalırıq.

Sonra kalka kağızından dürgək (konus) düzəldirik və balaca elkerləri kermə batırıb dürgəyin içinə sıx yığırıq.

Sonra alt hissəsini bağlayıb soyuducuda 1 saat saxlayırıq. Daha sonra çıxardıb bəzəyirik. Zövqə görə istədiyiniz kimi bəzəyə bilərsiniz.

 

Məsudə Sultan




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir