uz

Yoluxucu duyğular haqqında BİLMƏDİYİNİZ FAKTLAR

Baxış sayı: 445

Duyğuların da xəstəliklər kimi yoluxucu olduğunu bilirdinizmi? Psixoloqlar hər bir duyğunun güclü enerjinə malik olduğunu və ətrafa təsir etdiyini bildirir.

 

Mərhəmət

Bir-birimizə mərhəmət və sevgi ilə bağlıyıq. Bu hissi başqa insanlarda görəndə xoşbəxt oluruq. Biz kiminsə başqasına yaxşılıq etdiyini gördüyü zaman adətən özümüzü başqalarına yaxşılıq etmək məcburiyyətində hiss edirik və bundan məmnunluq duyuruq.

 

Nikbinlik

Nikbinlik də yoluxucu duyğudur. Pozitiv insanlar ətraflarına işıq saçan günəşin parlaq şüası kimidir. Pessimist insanlar “enerji vampir” kimi qəbul edilir.

.

Qəhqəhə

2006-ci ildə aparılan elmi araşdırmada məlum olub ki, qəhqəhə yoluxucudur. Söhbətin məğzini bilməsəniz belə, beyniniz gülüş səsinə avtomatik olaraq cavab verir və üz əzələlərini gülümsəməyə hazırlayır.

 

Sevinc

Əhvalınız korlanıb? Şən dostlar qrupuna qoşulun. İnsanların sevinci ən yaxın insanlardan asılıdır. Xoşbəxtlik güclü enerjiyə malikdir. Odur ki, bu enerjidən ətrafda olan hər kəsə pay düşür. (“Publika.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir