film

Yoluxucu xəstəliklər haqqında çəkilmiş ən yaxşı 18 film

Baxış sayı: 174

COVID-19 virusunun dünyaya yayılması ilə birlikdə dünya böyük bir yoluxmanın təsiri altına düşdü. Təbii ki, koronavirus dünyadakı ilk yoluxucu virus deyil. İnsanlara təsir etdiyi kimi film dünyasında da epidemiya mövzusuna yer verilib. Hamımızın bir şeylər öyrənə biləcəyi epidemiya haqqındakı filmləri sizlər üçün sıraladıq.

 

1) Contagion (2011-ci il)

Bu film eyni ilə COVID-19 virusu kimi Çində ortaya çıxır və yayılmağa başlayır. Qısa müddət ərzində bir çox insanın ölümünə səbəb olan virusun mövzu olduğu filmin direktoru isə Steven Soderberghdir

salgın filmleri

2) Twelwe Monkeys (1995)

Elmi-fantastik filmlər arasında şahəsər sayılan bu film, dünyanı yox olma təhlükəsi ilə qarşı-qarşıya qoyan virus və onunla aparılan mübarizədən bəhs edir. Virusun qarşısını almaq üçün isə zamanda səyahət edən bir insanın hekayəsini izləyirik.
salgın filmleri

3) Carries  (2009)

Ölümcül bir epidemiya ilə mübarizə aparan 4 dostun yaşadıqlarından bəhs edir.

salgın filmleri

4) The Happining  (2008)

Bu filmdə isə təbiət hadisələrindən sonra təsirlənən insanları görürük. Klassik virus epidemiyasından fərqli olaraq, “The Happining” filmi qiyamətin yaxınlaşdığı dövrü ələ alıb. Film bir ailənin həyatda qalmaq üçün göstərdiyi mübarizəsinə fokuslanıb.

salgın filmleri

5) Panic in the Streets (1950)

Sinema klassiklərindən olan bu film taun xəstəliyindən bəhs edir. Bir həkimin və polisin mübarizəsinə fokuslanır.

salgın filmleri

6) Outbreak (1995)

1995-ci ildə çəkilmiş bu film, Afrikadan ABŞ-a yayılan Ebolaya bənzəyən bir virusdan bəhs edir. Qısa müddət ərzində bir çox insanın ölümünə səbəb olan virus səbəbi ilə bir qəsəbəni karantinə alırlar, amma idarəçilər daha çox insan ölməsin deyə qəsəbədəki insanların hamısını öldürmək qərarına gəlirlər. Filmdə, Dustin Hoffman, Rene Russo və Morgan Freeman kimi adlar da yer alır.

salgın filmleri

7) World War Z  (2013)

Epidemiya deyildiyi zaman ağla ilk gələn filmlərdən biri də “World War Z” filmidir. Max Brooks-un eyni adlı romanından götürülərək filmə daşınmışdır.

salgın filmleri

8)  28 Days Later (2002)

Başqa bir klassik film. Londondakı araşdırma mərkəzində təcrübə meymunlarının bir qrup aktivist tərəfindən sərbəst buraxılmasından sonra şəhərə ölümcül bir virus yayılır. Virus insanlara olduqca sürətli şəkildə təsir etməyə başlayır. Xəstəxanada olan bir insan isə 28 gün sonra dünyaya qayıdır, amma qarşılaşdığı mənzərə onun həyatda qalmasını çətinləşdirir.

9) Blindess (2008)

İzləyicinin ağlında ən çox qalan filmlərdən biri də “Blindess” filmidir. Mövzu olaraq digər filmlərdən ayrılan, Blindess-də korluq yayılmağa başlayır. Sürətlə yayılan virus bir çox insanın həyatını dəyişdirir, amma biri xaric. Mütləq izləməli olduğunuz filmlər siyahısına rahatlıqla əlavə edə biləcəyiniz və fərqli bir mövzuya sahib olan filmlərdəndir.

salgın filmleri

10) Love in the Time of Cholera ( 2007)

Həm ədəbiyyatın, həm də sinemanın klassikləşmiş əsərlərindən olan bir filmdir. Kolumbiyada müharibənin ardından yaşlı bir kişi vəfat edir və arvadı dul qalır. Cənazədən sonra başqa bir insan həmin qadınla münasibət qurmaq istəsə də, qadın onu rədd edir və hadisələr cərəyan etməyə başlayır.

11) Infection  (2004)

Yapon filmi olan və izləyənlərə olduqca təsir edən bir filmdir. Filmin mövzusu isə belədir: Bir həkim yanmış bir xəstəyə yanlışlıqla səhv iynə vurur və xəstə ölür. Ardınca isə personal üçün olduqca təhlükəli hadisələr inkişaf etməyə başlayır.

salgın filmleri

12) Perfect Sense (2011)

Film mövzu olaraq digərlərindən fərqlənir. Dünyada insanların duyğularını yox edən bir virus yayılmağa başlayır və bir romantic cütlük hər şeyə baxmayaraq bir-birlərinə olan hiss etdikləri duyğuları qorumağa çalışırlar.
salgın filmleri

13) Flu  (2013)

Cənubi Koreya istehsalı olan bu film insanı 36 saat ərzində öldürən H5N1 virusundan bəhs edir. Virusun yayılması isə insan qaçaqçılarının köçkünləri konteynerın içində ölü halda tapdıqdan sonra başlayır. Filmin direktoru Kim Sungdur.

salgın filmleri

14) Quarantine  (2008)

Filmdə televizor müxbirinin xəbər üçün getdiyi bir binada yaşadığı qorxunc hadisə yer alıb. Bina tezliklə karantinaya alınır və orada baş verənlər isə kameralara çəkilir.

15) The Crazies (2010)

2010-cu ildə çəkilmiş bu filmdə, içilən suyun içinə qarışdırılmış maddənin insanların psixologiyalarını korlamasına səbəb olan yoluxmadan bəhs edilir. Qəsəbə sakinləri su səbəbi ilə aqressiv hal alır və yoluxmanın qarşısını almağa əsgərlər göndərilir. Sağlam qalan insanlar və əsəbiləşmiş sakinlər arasında xaos başlayır.

salgın filmleri

16) Virus (2019)

Film, 2018-ci ildə Nipah virusunun yayılmasından bəhs edir. Filmdə həqiqi hadisələr göz önünə qoyulub.

17) Train to Busan (2016)

Bu isə bir qatarda keçir. Qatarda başlayan yoluxma ilə sərnişinlər qaça bilmir. Qatarın maşinisti də virusa tutulduğu üçün qatar başı boş bir şəkildə irəliləyir. Sərnişinlər həm qatarı idarə etməyə, həm də həyatda qalmaq üçün mübarizə aparırlar.

18) The Painted Veil

Mövzusu xolera xəstəliyi olan bu film ədəbiyyatda da məşhur olan eyni adlı əsərdən götürülmüşdür. Həm sevgi hekayəsindən, həm də xəstəliklə mübarizədən bəhs edir.

the painted veil ile ilgili görsel sonucu

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir