yorganlar

Yorğanı saxlamağın DÜZGÜN QAYDALARI

Baxış sayı: 1. 381

Havaların isinməyə başlaması ilə birlikdə yorğanların yığışdırılma zamanı da yetişir. Bəs yorğanlar yığışdırıldıqdan sonra necə saxlanmalıdır ki, onlara güvə düşməsin? “Gencaile.az” yorğanları saxlamağın bəzi qaydalarını göstərir.

Əvvəla qeyd edək ki, yorğanı yumadan yığışdırıb bir yerə qoymayın. Çünki yuyulmadan götürülən yorğanların içində, saxlama müddəti boyu bakteriya yarana bilər.

Əgər yorğanlarınız hazır alınmış yorğandırsa, paltaryuyan maşında istifadə təlimatlarına uyğun yuya bilərsiniz. Yuduqdan sonra bayırda günəş işığında qurutmalısınız.

Image result for Yorğan

Yorğan əsla nəm qalmamalıdır. Nəmli qalan yerlər zamanla kiflənə bilər.

Əgər yorğanlarınız pambıq, yaxud yundan hazırlanıbsa, götürməzdən əvvəl onların içini çıxarıb havaya verin. Üz parçasını isə yuyun. Daha sonra yun, yaxud pambığı üzlüyün içinə yığaraq yorğanı sırıyın.

Yorğanları kvadrat formada bükərək saxlayın.

İşlətmədiyiniz müddətdə ən az iki dəfə yerindən çıxararaq havaya verin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir