Yumurtadan, kəpənəkdən, qapıdan qorxan ulduzlar – siyahı

Baxış sayı: 1. 598

Kimi qaranlıqdan, kimi hündürlükdən, kimi isə balaca bir böcəkdən qorxur. Hər birimizin qorxusu olduğu kimi, dünya ulduzlarının da qəribə fobiyaları var.

“Gencaile.az” xarici mətbuata istinadən ulduzlar və qorxularını təqdim edir:

Skarlett Yohansson hamam böcəklərindən qorxur.

Billi Bob Tornton antik mebellərdən nifrət edir. Onların ətrafında nəfəs belə ala bilmir.

Nikol Kidman kəpənəklərdən qorxur.

Castin Timberleyk ilan, hörümçək və balinadan qorxur.

Aktyor Keanu Riivz qaranlıqdan qorxur.

Aktyor Metyu Makkonahi dönən qapılardan qorxur.

Kristian Stüart atdan qorxur.

Uma Turman qapalı yerdə qalmaqdan qorxur.

Orlando Blum donuzdan qorxur.

Rejissor Alfred Hitçkok yumurtadan qorxur.

Meqan Foks ümumi istifadə üçün nəzərdə tutulmuş tualetdən qorxur.

Rejissor Vudi Allen Günəş işığından, kütlədən, itdən, dar otaqlardan, uşaqlardan və xərçəng xəstəliyindən qorxur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir