YORGAN

Yun yorğan necə yuyulmalıdır? – XANIMLARIN MENYUSUNA

Baxış sayı: 3. 343

Əvvəllər yun yorğanlar və odeyallar daha çox istifadə edilirdi. İndiki dövrümüzdə yun yorğanların yuyulması çətin olduğundan insanlar akril lifdən hazırlanan pambıq və silikon yorğanlara daha çox üstünlük verirlər. Lakin yun yorğanın yuyulması gözünüzü qorxutmasın. Çünki yun yorğan sayəsində qışda istədiyinz kimi isinə bilərsiz. Odur ki, “Gencaile.az” bununla bağlı bəzi məsləhətlər təqdim edir.

Yun yorğanı yuyarkən ilk öncə etiketindəki göstərişlərə fikir verin. Əgər etiketində göstərişlər yoxdursa, yorğanınızı soyuq suyla doldurulmuş ləyəndə, yorğanlar üçün nəzərdə tutulan yuyucu vasitələrlə yuyun.

 

Yun yorğan və yun odeyalın yuyulması

Yundan hazırlanan hər bir əşyanın yuyulmasında ilk diqqət edilməsi gərəkən nəsnə yorğanın soyuq suyla yuyulmasıdır. İsti su yunların yığılmasına səbəb olur. Yunları paltaryuyan maşında deyil, iri ləyəndə yuyun. İçərisinə soyuq su doldurun, yorğanı 1-2 saat suda saxlayın. Sonra üzərinə 1.5 stəkan həcmində yuyucu vasitə tökün və yorğanı suda ora-bura çevirin. Yaxşıca yuduqdan sonra ləyəni boşaldıb yenidən suyla doldurun. Yaxşıca durulayın. Yuyucu vasitənin təmizlənməsinə diqqət edin. Çünki təmiz yuyulmayan yorğanı üzərinizə sərdiyinizdə allergiya verə bilər. Yuduqdan sonra elə də möhkəm sıxmayın, sadəcə sərəndə azca sıxın. Yunun kiflənməməsi və nəm qalmaması üçün yaxşı quruduğuna əmin olun.

Yun yorğanın saxlanması üçün əvvəllər istifadə edilən naftalin xoşagləməz iyi verir. Buna görə yorğanınızı həşəratlardan və yan təsirlərdən qorumaq üçün hava keçirməz torbalardan istifadə edin. Yorğanı yaxşıca qatdaladıqdan sonra torbaya salıb yığışdırın.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir