Zumrud Haqverdiyeva

Yuxu pozğunluğu nədir? – “SEANS VAXTI”

Baxış sayı: 488

Yuxu hər bir insanın psixoloji və fiziki sağlamlığı üçün istirahət etməkdir,  hər gün yaşamalı olduğu bioloji prosesdir. Onun əsas məqsədi günü tamamladıqdan  sonra bədənin və beynin istirahətini təmin etməkdir. İnsanların günə sağlam və dincəlmiş vəziyyətdə başlaması onların sağlam yuxu prosesinin olduğunu göstərir.

Bu prosesdə bədən kifayət qədər dincələ bilmirsə və insan günə yorğun başlayırsa, yuxu pozğunluğundan şübhələnmək lazımdır. İnsanların gün ərzində kifayət qədər yuxu almaması və yaxud yuxu zamanı müxtəlif problemlər yaşayırsa, “yuxu pozğunluğu” olaraq təsnif edilir.

 

Yuxu pozğunluğuna nə səbəb olur?

Yuxu pozğunluğunun səbəbləri çox müxtəlif ola bilər. İnsanların kifayət qədər yuxu ala bilməməsi  bir çox fizioloji və ya psixoloji problemlərdən qaynaqlana bilər. Bunlar genetik mənşəli,  uyğun olmayan vərdişlər,  mənşəyi bilinməyən  səbəblərdən ola bilər. Bu problemlərin düzgün aşkarlanması və müalicəsi böyük əhəmiyyət kəsb edir.

 

Yuxu pozğunluqlarının növləri hansılardır?

İnsomni

Yuxuya gedə bilməmək – tez-tez oyanmaq və yenidən yuxuya gedə bilməmək ilə xarakterizə olunan yuxu pozğunluğudur. Bu, genetika, düzgün olmayan yuxu rejimi  səbəb ola bilər. Ertəsi gün insanın  həyat keyfiyyətinə mənfi təsir göstərərək iş və ictimai həyatda problemlər yarada bilər. Bütün yaş qruplarında göründüyü kimi, daha çox yeniyetmə və gənc yaşlarda rast gəlinir.

Hipersomni

Adından da göründüyü kimi, yuxuya həddindən artıq ehtiyac  şəklində özünü göstərən pozğunluqdur. İnsanın gündə 10-12 saatdan çox yuxuya ehtiyacı var və bunun nəticəsində sosial və iş həyatı pozula bilər. Bu pozğunluğun sonrakı ölçüsü narkolepsiya adlanır. Narkolepsi, ani və idarəolunmaz yuxu olaraq görülən, genetik mənşəli nevroloji bir xəstəlikdir. . Fərdlər harada olurlarsa olsunlar, hətta ən uyğun olmayan vəziyyətlərdə belə yuxuya gedə bilərlər.

 

Yuxu tənəffüs pozğunluqları:

İnsanlarda xoruldama, yuxu zamanı nəfəsin kəsilməsi, gecə tərləməsi, tez-tez oyanma (əsasən tualet ehtiyacları üçün) ilə yanaşı, gün ərzində mənasız yorğunluq və yuxululuqdan şikayətlənirlər.  Sosial və iş həyatında problemlər yaradır.

 

Yuxu zamanı ətrafların hərəkəti

Tədricən artan narahatlıq, , geri çəkilmə, büzülmə və hərəkət etmək istəyi, xüsusən də ayaqlarda və daha az tez-tez qollarda meydana gəlir.  Xəstələr nə qədər yatsalar da, səhər oyandıqda yenə də narahat və süstlük hissi ilə oyanırlar. Bu qrupda yuxusuzluq xəstələrinin demək olar ki, bütün şikayətləri müşahidə oluna bilər.

 

Yuxu fazasının dəyişməsi:

Bu, yuxunun vaxtı ilə əlaqəli bir pozğunluqdur. Bu, bizim bioloji yuxudan oyanma saatımızın sosial həyat saatımızla uyğun gəlməyəndə baş verir. Yuxu fazasının dəyişməsi olan fərdlər oyaq olmaları lazım olan saatlarda (məktəb, iş kimi) yuxulu, yatması lazım olan saatlarda isə (gecə yarısı) oyaq olur, sosial həyatın ehtiyaclarını pozur.

 

Yuxu pozğunluğunun əsas əlamətləri aşağıdakılardır:

1) Yata bilməmək

2) Həddindən artıq yuxululuq

3) Xoruldamaq

4) Yuxu zamanı tənəffüs fasilələri

5) Gecə tərlərmək

6) Tez-tez tualetə getmək

7) Yuxu zamanı ağızda quruluq lmasl

8) Yorğun yuxudan oyanmaq

9) Unutqanlıq, halsızlıq,  əsəbilik, cinsi istəyin oçmaması

 

Yuxunu nizamlamaq üçün nələr edə bilərsiniz?

1) Hər gün eyni vaxtda yatın və eyni vaxtda yuxudan oyanın.

2) Yataq otağının temperaturu çox isti və ya soyuq olmasın.

3) Yataq otağınızı hər gün havasını dəyişin.

4) Yataq otağının qaranlıq,  səssiz olduğundan əmin olun.

5) Yatağınızda  yalnız yuxunuz gəldiyi zaman olun.

6) Yatmazdan əvvəl isti duş qəbul etmək və  süd içmək yuxuya getməyi asanlaşdıra bilər.

7) Gün ərzində çıq havada olun.

8) Həftədə ən azı üç gün gimnastika ilə məşğul olun.

9) Yataq otağınızda televizor olmamalıdır.

10) Yatağınızda qəzet, kitaboxumayın.

11) Yatmadan dərhal əvvəl ağır məşqlər etməyin, artan bədən istiliyi yuxu hormonunu dayandırır.

12) Sizdə adrenalin ifrazını artıracaq filmlərə baxıb və ya oyunlarla oynadıqdan sonra dərhal yatmayın.

13) Yata bilmirsinizsə, yataqdan qalxın.

14) Yatmaq üçün spritli içkilərdən istifadə etməyin. Bu bir müddət təsir etsə də daha sonra sağlamlığa ziyan vuracaqdıq.

15) Axşam yüngül yeməklər yeməyiniz gərəkdir və yuxu ilə yemək arasında ən azı 4 saat vaxt zaman ayırın.

16) Saat 5-dən  sonra, kofeinli və şəkərli qidalardan (çay, kofe, şokolad, kakao məhsulları, kola) uzaq durun.

17) Gündüz yatmaqdan uzaq qalın.

 

Psixoloq Zümrüd Haqverdiyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir