yuxu

Yuxu rejimi ölkədən ölkəyə fərqlənir-kim nə qədər yatır?

Baxış sayı: 1. 643
Yuxu rejimi dünyanın ayrı-ayrı yerlərində müxtəlifdir. Kişilər və qadınlar arasında da yuxu rejimi  fərqlilik göstərir. Araşdırmalar nəticəsində, qadınların kişilərdən 30 dəq çox yatdığı məlum olub.
Musavat.com xəbər verir ki, araşdırma Avstraliya, Belçika, Fransa, BƏƏ, Kanada və Hollandiyada yuxu vaxtının 8 saat və ondan yuxarı olduğunu göstərib. Yaponiya və Sinqapurda isə gecə yuxusunun 8 saatdan az olduğu bildirilir.
İsveçrə, İngiltərə. ABŞ, İtaliya və Braziliyada gecə yuxusunun vaxtının 8 saatdan aşağı olduğu məlum olub.
Qeyd olunub ki, Yaponiya və Sinqapurda ortalama yuxu vaxtı 7 saat 24 dəqiqə, Hollandiyada isə bu vaxt 8 saat 12 dəqiqədir.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir