it

Yuxuda it görmüsünüzsə… – “YUXUYOZMA”

Baxış sayı: 605

Yuxular bizə şüuraltının göndərdiyi fərqli mesajlardır. Baxmayaraq ki, hər kəs yuxu yozmağı bacarmır, amma yuxular vasitəsiə bizə minlərlə mesaj ötürülür. “Gencaile.az” saytı həmin mesajların nə anlama gəldiyini, gördüyünüz hansı yuxunun necə yozulduğunu oxucularına daha dəqiq çatdırmaq üçün bu gündən etibarən “Yuxuyozma” rubrikasına strat verir.

 

Gün ərzində yaşadığımız narahatlıqlar, stres və s. hisslərimiz yuxularımızda öz əksini tapır. Bəzən yuxudan qorxaraq ayılarıq. Bəzən yıxıldığımızı görərik. Bəzən bizi hansısa canlının qovduğunu görərik. Bəzən isə müxtəlif heyvanlar yuxularımızın qonağı olur.

Bu gün yuxuda it görənlər üçün maraqlı mesajımız var. Yuxuda it görmək sədaqətə və düşmənliyə yozulur. Dişi it nəsli çox və ərini qoruyan bir qadına, küçük sevimli bir uşağa işarədir. Yuxuda itin sizi qovaladığını görürsünüzsə, diqqətli olmalısınız Yuxuda itin hücum etməsi işlərinizdə sıxıntıya işarədir. Ümumiyyətlə yuxuda it görməyin müxtəlif mənaları var.

heyvanlar

Gəlin bir-bir nəzər salaq:

Yuxuda evdə it görmək zalım bir düşməninizin olduğuna işarədir.

İt hürürsə, bu dedi-qodu edən düşmən deməkdir.

Yuxuda itlə bərabər hürdüyünü görməj arzu və istəklərə çatmağa işarədir.

Küçədə sürü ilə hürən it görürsünüzsə, bu sizin çox sayda düşməniniz olduğuna işarədir. Diqqətli olmalısınız.

Yuxuda it üstünüzə cumub, hürürsə, əleyhinə danışan insanın varlığından xəbər verir.

Yuxuda böyük it görmək narahatlığa işarədir.

Yuxuda itin qarşısına sümük atmaq: Yaxşılıq edib, əvəzində pislik görəcəksiniz.

Yuxuda su içən it görürsünüzsə, həyatınızı əyləncə və boş yerə keçirəcəyinizə, malınızı yavaş-yavaş toplamağınıza və bunu xeyir işlərə xərcləyəcəyinizə işarədir.

Yuxuda çoban iti görmək və ona sahib olmaq yuxu sahibinin mənfəət əldə edəcəyinə işarədir.

Yuxuda çoban iti saxlamaq düşmənlərin yuxu sahibindən qorxduğuna işarədir.

Yuxuda itə ymək verən şəxsin ruzisi bol olar.

Yuxuda it ulaması eşitmək vicdansız bir adamdan xoşagəlməz bir söz eşidəcəyinə işarədir.

Yuxuda itin qapdığını görmək, qapılan orqanla əlaqəli hansısa problemin yaşanacağına işarədir. Məsələn, yuxuda bir it əlinizi qapsa, iş yoldaşlarınızın sizin gördüyünüz işə hörmətsizliyini görəcəksiniz. Onlar sizin aldığınız qərarlara xainlik edəcək.

Eyni zamanda yuxuda əlini itin qapması canınıızn sıxılacağına, qanınızı qaraldacaq hadisələrin olacağına işarədir.

Yuxuda it əti yediyini görmək düşmən üzərində qələbəyə işarədir. Düşmənizin malı sizin əlinizə keçə bilir.

Yuxuda it südü içmək qorxu və həyacana işarədir. Yuxuda it südü içmək qəddar bir düşməninizin olduğuna işarədir.

Yuxuda bir itlə danışdığınızı görmək gizlənməyə işarədir.

Yuxuda xəstə it görmək düşməninizin zəif və gücsüz olduğuna işarədir. Və yaxud sizinlə düşmən olan birinin xəstələnəcyindən xəbər verir.

 

Təqdim etdi: İlahə Atəş




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir